Natiq Məmmədov Caspian Energy Georgia-nın sədri vəzifəsinə təyin olunub
Natiq Məmmədov Caspian Energy Georgia-nın sədri vəzifəsinə təyin olunub
Bu barədə Caspian Energy Club-un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Telman Əliyevin sözlərinə görə, Natiq Məmmədov Gürcüstan ərazisində Caspian Energy Club-un maraqlarını təmsil edəcək və eyni zamanda Klubun layihələrini idarə edəcək. “Natiq Məmmədov kifayət qədər uzun müddətdir ki, bir sıra ölkələrdə, o cümlədən Gürcüstanda biznesi uğurla idarə edir. Klubun İdarə Heyəti Natiq Məmmədovun namizədliyini onun fəal işgüzar mövqeyinə və Gürcüstanın dövlət və özəl sektorları ilə geniş əlaqələri əsasında seçib”, - deyə Telman Əliyev bildirib.
Natiq Məmmədov ona göstərilən yüksək etimada görə Caspian Energy Club-un Ali Rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki Azərbaycan və Gürcustan sahibkarları arasında netvorkinqi genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında aktiv iştirak edib, əlindən gələni edəcək.
Natiq Məmmədov, həmçinin Caspian Energy Georgia ofisinə rəhbərlik etdiyi müddətdə Azərbaycan və Gürcüstan şirkətlərinin yaxından əlaqə saxlamaları və əməkdaşlıq etmələri üçün çoxsaylı işgüzar səfərlər və ikitərəfli görüşlər təşkil edən Zaur Darabzadəyə minnətdarlığını bildirib. “Əminəm ki, komandamız müəyyən edilmiş templə işini davam etdirə biləcək”, - N.Məmmədov bildirib.
O, həmçinin bildirib ki, onun təyinatı fevralın 28-də keçiriləcək beynəlxalq Caspian Energy Forum Tbilisi - 2023 təşkilinin fəal mərhələsinə təsadüf edib. Caspian Energy Forum Tbilisi - 2023-ün əsas mövzuları Gürcüstanın iqtisadi inkişaf modeli (Turizm, loqistika, kənd təsərrüfatı sənayesi, daşınmaz əmlak və azad iqtisadi zonalar), orta dəhlizin inkişafı, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və türkdilli dövlətlərin iqtisadi birliyi ilə əməkdaşlıq olacaq.
Forumda Gürcüstanın, Azərbaycanın, Türkiyənin, habelə Xəzər, Qara dəniz və Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət xidmət və dövlət agentliklərinin, bu ölkələrdə akkreditə edilmiş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri, kiçik və orta şirkətlərin rəhbərləri iştirak edəcəklər.
Caspian Energy Forum Tbilisi - 2023 nəticələrinə əsasən Gürcüstanın müxtəlif regionlarında hər ay B2G və B2B forumlarının, CEO Breakfast, CEO Lunch, həmçinin Business Tour və Round Table kimi tədbirlər təşkil olunacaq.
BİOQRAFİK MƏLUMAT:
Məmmədov Natiq Arif oğlu, 1985-ci ildə Gürcüstan Respublikasında anadan olub.
1991-ci ildə Bakı şəhəri 238 saylı orta məktəbə daxil olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər" fakültəsinə qəbul olub.
2007-ci ildə bakalavr təhsilini başa vuraraq Hərbi xidmətə yollanıb.
2008 - ci ildə Hərbi xidmətini başa vuraraq Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq Əlaqələr və Beynəlxalq Ticarət" ixtisası üzrə Maqistr pilləsinə qəbul olub.
Əmək fəaliyyətinə bakalavr təhsili alarkən 2005 – ci ildən etibarən yerli bankların birində mütəxəssis vəzifəsində başlayıb və daha sonra müxtəlif banklarda müxtəlif vəzifələrdə işləyib. 2015 – ci Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə sonuncu işlədiyi bankdan ayrılaraq "Assistance Group" şirkətini təsis edib.
2017 - ci ildə "Şəbəkə Travel" (daha sonra Assistance Tour Azerbaijan) şirkətini təsis etmişdir ki, sonradan bu şirkət ölkənin ən geniş filal şəbəkəsinə malik turizm şirkəti olmuşdur.
2017 - ci ildə daha bir şirkəti "Assistance Construction" şirkətini təsis etmiş və "Tikinti Quraşdırma İşlərinin aparılması" üçün lisenziya əldə edərək fəaliyyətini daha da genişləndirmişdir.
2018-ci ildə Kənd Təsərrüfatı sahəsinə də yatırım etməklə "FruitAz Agro" şirkətini təsis etmiş və əsasən İxrac məqsədi ilə intensiv bağçılıq salınmışdır.
2018 - ci ildə "Assisrance Tour Georgia"-nı təsis etmiş və Tbilisi, Batumi, Kutaisi şəhərlərində filial şəbəkəsi olmaqla Gürcüstan Respublikasında bir sıra Avropa ölkələrinin ekskluziv turizm partnyoru olaraq uğurla fəaliyyəini davam etdirir.
Hal-hazırda "Assistance Constuction", "Assistance Tour Azerbaijan" (ATA), "Assistance Tour Georgia" (ATG), "FruitAz Agro" şirkətlərinin təsisçisi və Baş Direktoru olaraq fəaliyyətini davam etdirir.
Həmçinin "Assistance Group" müxtəlif sosial layihələrdə iştirak etmişdir. O cümlədən sərt karantin dövründə Cənab Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük" çağırışını əsas tutaraq 200-dən artıq ailəyə ərzaq yardımı etməklə digər sahibkarları da eyni adlı çağırışa qoşulmağa dəvət etmişdir.
Qeyd edək ki, Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000 çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un Türkiyə, BƏƏ, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Müştərilərin xəbərləri
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ
-
6 saat əvvəl
2026-cı ilin birinci rübündə sənaye zonalarında istehsalın həcmi 883 milyon manata çatıb
-
6 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
-
8 saat əvvəl
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək
Azercell-dən HONOR smartfonlarına xüsusi kampaniya
bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşlidə "maksimum neftvermə" üçün yeni texnologiya tətbiq edib
Süni intellekt hakatonunun qalibləri elan edilib
"Ənənəvi suvarma üsullarından imtina edilməsi, damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir"
“Rabitəbank” maliyyə savadlılığı layihəsi çərçivəsində regionlarda sahibkarlığın inkişafına dəstəyini davam etdirir
"Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur. Ət istehsalı istehlakını qarşılaya bilmir"






.jpg)
.jpg)






.jpg)







