Xalq Bankdan 27 milyon manatdan çox xalis mənfəət
Xalq Bank 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, Xalq Bank 2022-ci ili 27 milyon 215 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 27 milyon 289 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Xalq Bankın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə təxminən eyni səviyyədə olub.
2022-ci ildə Xalq Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 139 milyon 530 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 30,5% və ya 32 milyon 590 min manat çoxdur. Bank 2021-ci ildə 106 milyon 940 min manat əməliyyat gəlirləri əldə etmişdi.
2022-ci ildə Xalq Bankın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 86 milyon 737 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 12,9% və ya 9 milyon 911 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 76 milyon 826 min manat olmuşdu.
BANK DAHA DA BÖYÜYÜB, KREDİT VƏ DEPOZİT PORTFELLƏRİ ARTIB
Xalq Bankın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 14,8% və ya 345 milyon 679 min manat artaraq 31 Dekabr 2022-ci il tarixində 2 milyard 685 milyon 70 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 2 milyard 339 milyon 391 min manat cəmi aktivlərə malik idi.
Xalq Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 23,7% və ya 333 milyon 656 min manat artaraq 31 Deakbr 2022-ci il tarixində 1 milyard 740 milyon 635 manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 1 milyard 406 milyon 979 min manata çatmışdı.
Xalq Bankın depozit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 20,2% və ya 311 milyon 991 min artaraq 31 Dekabr 2022-ci il tarixində 1 milyard 855 milyon 258 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 1 milyard 543 milyon 267 min manat cəmi depozitlərə malik idi.
31 dekabr 2022-ci il tarixində Xalq Bank 427 milyon 59 min manat manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 400 milyon 392 min manat cəmi kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)






.jpg)





