Xalq Bank 2022-ci ilin əsas maliyyə göstəricilərini açıqladı
Xalq Bank 2022-ci ili 27 milyon 220 min manat xalis mənfəəti ilə başa vurub.ASC “Xalq” Bankı 2022-ci il üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank 2022-ci ildə stabil mövqe nümayiş etdirərək illik fəaliyyətini uğurla tamamlamışdır.
Belə ki, ilin sonuna Xalq Bankın aktivlərinin həcmi 2021-ci ilin sonu ilə müqayisədə 14.78% artaraq 2 milyard 685,07 milyon manat, müştərilərə verilən kredit portfelinin həcmi 25.03% artaraq 1 milyard 774,25 milyon manat, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 20.22% artaraq 1 milyard 855,26 milyon manat, cəmi kapitalı 5,80% artaraq 475,21 milyon manata çatdırılmışdır.
İlin sonuna Bankın xalis mənfəəti 27 milyon 220 min manat təşkil etmişdir.
Qeyd edilib ki, aktivlərinin və kredit portfelinin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.
Məlumatda bildirilir ki, 2022-ci il ərzində Bank beynəlxalq və yerli təşkilatlar, eləcə də qlobal ödəniş sistemləri ilə əməkdaşlığı uğurla inkişaf etdirmişdir. Ötən il Bankın inkişaf strategiyasına uyğun olaraq məhsul və xidmət çeşidinin genişləndirilməsi, kredit məhsullarının əlçatanlığının təmin edilməsi, nağdsız əməliyyatların həcminin artırılması və rəqəmsallaşma kimi istiqamətlərə xüsusi diqqət ayrılmışdır. 2022-ci ildə Bank yeni loyallıq proqramları əsasında XalqKart Petrol və Cashback məhsullarını təqdim etmiş, bununla yanaşı, sürətli və təmassız ödəniş üsulları olan Apple Pay və Google Pay xidmətlərini aktiv etmişdir.
2022-ci ildə Moody’s Investors Service beynəlxalq reytinq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsindən B1 səviyyəsinə artırmış, reytinq üzrə proqnozunu “Stabil” olaraq qiymətləndirmişdir. Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3-dən yüksəldərək B2 səviyyəsinə qaldırmışdır.
Bankın həyata keçirdiyi “Xalq Əmanəti” mədəni-sosial layihəsi çərçivəsində 2022-ci ildə Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” bədii albomu geniş ictimaiyyətə təqdim olunmuşdur.
"Ötən il fəaliyyətə başlamasının 18 illiyini qeyd edən Xalq Bank maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə ölkənin bank sektorunun liderləri arasında öz mövqelərini möhkəmləndirmişdir. Xalq Bank 2022-ci il ərzində məhsuldar əməkdaşlığa görə müştəri və tərəfdaşlarına minnətdarlığını bildirir. Qazanılan uğurlar, əldə edilən nailiyyətlər loyal müştərilərin və tərəfdaşların etimadı, peşəkar işçi heyəti, düşünülmüş və effektiv idarəetmə siyasətinin sayəsində mümkün olmuşdur",- press-relizdə deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 52 d. sonra
-
- 14 d. əvvəl
- 27 d. əvvəl
-
1 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
1 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında




















