Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı
Minimum aylıq əməkhaqqı 300 manatdan 345 manata qaldırıldı.Azərbaycan Prezidenti İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" imzalayıb.
Marja.az xəbər verir ki, Sərəncam əhalinin rifahının qorunması sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə qərara alınıb.
Sərəncam ilə, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, 10 gün müddətində;
- əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək,
- sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək,
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Sərəncam ilə, “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 dekabr tarixli 3051 nömrəli Sərəncamının 1-ci hissəsi ləğv edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən minimum əməkhaqqı 300 manata çatdırılmışdı.
Beləliklə, 2023-cü il yanvarın 1-dən Azərbaycanda işçinin aylıq maaşı 345 manatdan az ola bilməz.
2023-cü il yanvarın 1-nə qədər yeni minimum əməkhaqqından (345 manat) aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi və bununla bağlı müvafiq əmək müqaviləsi bildirişinin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilməsi təmin edilməlidir. İş yerlərində əmək haqqının minimum məbləği yanvarın 1-dən 345 manatdan az ola bilməz.
Minimum əməkhaqqının artırılması ilə əlaqədar işçilərin əmək haqlarında da işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.
İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi aşkar edildikdə, həmin Məcəllənin 127-4.1-ci maddəsinə uyğun olaraq inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində inzibati xəta haqqında iş üzrə icraata başlanıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























