Veysəloğlu Şirkətlər Qrupu “YAŞAT” Fonduna 30,000 manat ianə edib
İanə “Qayıdış” Qəhrəmanlara Dəstək sərgisindən əldə edilən vəsait hesabına olunub.(®) Veysəloğlu Şirkətlər Qrupunun, QGallery Rəsm Qalereyasının təşkilatçılığı və “YAŞAT” Fondunun, Azərbaycan Rəssamlar İttifaqının tərəfdaşlığı ilə ənənəvi olaraq, “Qayıdış” Qəhrəmanlara Dəstək sərgisi keçirilib.
Zəfər Gününə həsr edilən sərgidə ictimai xadimlər, xalq rəssamları, əməkdar rəssamlar, sənətşünaslar, qəhrəmanlara və onların ailələrinə maddi və mənəvi dəstək olmaq istəyən insanlar iştirak ediblər.
Açılış mərasimində çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədrinin birinci müavini Səlhab Məmmədov, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və əməkdar rəssam, millət vəkili Ülviyyə Həmzəyeva sərginin keçirilmə məqsədi barədə məlumat veriblər. Bildirilib ki, sərginin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmış və canından keçmiş hərbçilərə və onların ailələrinə maddi və mənəvi dəstək olmaqdır.
Sərgidə 33 tanınmış və gənc rəssamın ümumilikdə 40 əsəri nümayiş olunub. Rəsm əsərlərinin satışından əldə edilən vəsaitin 70 faizi “YAŞAT” Fonduna ianə edilib, 30 faizi isə rəsm əsərlərinin müəlliflərinə təqdim edilib.
Veysəloğlu Şirkətlər Qrupu şəhid ailələrinə və qazilərə hər zaman xüsusi diqqətlə yanaşır. Şirkətlər Qrupu bayramlar və əlamətdar günlərdə 200-ə yaxın Qarabağ qazisi, şəhid ailəsi və digər həssas qruplara aid olan ailələrə sovqatlar çatdırır. Cəmiyyət üçün dəyər yaratmaq Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfələrindən biridir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























