Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bu il Bakıda təşkil edilmiş sərgilər 66 mindən çox peşəkar ziyarətçini qəbul edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il Bakıda təşkil edilmiş sərgilər 66 mindən çox  peşəkar ziyarətçini qəbul edib

2022-ci ilə Caspian Event Organisers (CEO) və Iteca Caspian şirkətləri tərəfindən və sahəyə aid dövlət təşkilatlarının dəstəyi ilə 14 ticarət-sənaye sərgisi, bir konfrans, bir forum təşkil edilib.

Şirkətlərin yaydığı məlumatda bildirilir ki, Bakıda 2022-ci ildə təşkil edilmiş beynəlxalq sərgilər 50 ölkədən 1500 şirkəti bir araya gətirib ki, onlardan 700-dən çoxu xarici eksponentlər idi. Sərgilər 66 min 285 peşəkar ziyarətçi qəbul edib. Bu 2021-ci illə müqayisədə iki dəfə, pandemiyayaqədərki 2019-cu ildən isə 20% çoxdur.

2022-ci ilin ən parlaq hadisələrindən biri öz brendi altında 3 iri tədbiri – 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz”, 10-cu yubiley Xəzər Beynəlxalq “Enerji və Bərpa Olunan Enerji” Sərgilərini və “Bakı Enerji Forumu” birləşdirən Bakı Enerji Həftəsi olub. Dünyanın 31 ölkəsindən enerji sektorunda çalışan 250-dən çox aparıcı şirkət bu nüfuzlu tədbirdə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində iştirak edib.

Həmçinin Bakı Enerji Həftəsinin iştirakçı və qonaqlarına Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden tərəfindən salamlama məktubları, Böyük Britaniyanın energetika naziri tərəfindən isə video-salamlama göndərilib. Bakı Enerji Həftəsində bir çox xarici yüksəkvəzifəli qonaqlar da iştirak ediblər: Serbiya Respublikasının Baş nazirinin müavini, dağ-mədən sənayesi və energetika naziri; Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri; ABŞ-ın Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini; Avropa Komissiyasının Energetika üzrə Baş İdarənin direktoru; Rumıniya, Bolqarıstan, Qazaxıstanın energetika nazirləri; İran İslam Respublikasının neft naziri, Beynəlxalq Enerji Forumunun Baş katibi; Qaz İxrac Edən Ölkələr Forumunun Baş katibi; İtaliyanın Ekoloji keçid Nazirliyinin dövlət katibinin müavini;  İndoneziyanın Neft və qazın baş direktoru (Energetika və Mineral Ehtiyatlar Nazirliyi); Hindistan Respublikasının Enerji Nazirliyinin əlavə katibi; İdarə Heyətinin üzvü və İcraçı direktor (Bulgargaz EAD); TANAP Konsorsiumunun Baş direktoru.

Bakı Enerji Həftəsinin təntənəli yekunu Qarabağın azad edilmiş ərazisində - Şuşada baş tutub, burada Bakı Enerji Forumunun səyyar sessiyası keçirilib. Bu, ikinci Qarabağ müharibəsindəki qələbədən sonra Şuşa şəhərində enerji sahəsində keçirilən ilk beynəlxalq işgüzar tədbir olub. SOCAR-ın dəstəyi ilə keçirilən səyyar sessiya çərçivəsində Azərbaycanla xarici şirkət və strukturlar arasında yaşıl enerji üzrə bir sıra beynəlxalq müqavilələr bağlanıb.

Sərgi mövsümünün daha bir əhəmiyyətli hadisəsi Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – “ADEX” olub, bu sərgi Azərbaycanın ikinci Qarabağ müharibəsindəki qələbəsindən sonra təşkil edilən ilk sərgi idi. Bu, sərgiyə böyük beynəlxalq marağın olmasının əsas faktorlarından birinə çevrilib. Sərgidə dünyanın müxtəlif ölkələrdən 200-dən çox şirkət təmsil olunub, müvafiq hərbi qurumların rəhbərlərinin başçılığı altında 33 xarici hərbi nümayəndə heyəti sərgini ziyarət edib.  Azərbaycan Prezidenti sərgiyə gəlib, Azərbaycanın və xarici dövlətlərin hərbi sənaye komplekslərinin sərgidə təqdim etdikləri yeni məhsullar ilə tanış olub.

Ardıcıl olaraq ikinci ildir ki, “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisi uğurla keçirilir. “Rebuild Karabakh”, Azərbaycan Beynəlxalq inşaat sərgisi “BakuBild” və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük hovuzu sərgisi “Aquatherm Baku” ilə eyni vaxtda start götürmüşdü. Azərbaycan Prezidenti “Rebuild Karabakh” və “BakuBuild” sərgilərin iştirakçılarına və ziyarətçilərinə salamlama məktubu göndərib, məktub sərgilərin rəsmi kataloqunda dərc olunub. Caspian Event Organisers (CEO) və Iteca Caspian şirkətləri Qarabağ Dirçəliş Fondu ilə ötən il bağlanmış memoranduma əsasən əməkdaşlığını davam etdirib və bu memoranduma əsasən  “Rebuild Karabakh” və “BakuBuild” sərgilərinin iştirakçı şirkətlərinin ödədikləri qeydiyyat haqlarının bir hissəsi Qarabağ Dirçəliş Fondunun hesabına keçirilib. Qarabağ dirçəliş Fondu azad edilmiş Azərbaycan torpaqlarının dirçəlişinə verdiyi töhfələrə görə təşkilatçı şirkətləri sertifikatla təltif edib.

“Baku Book Fair” sərgisini 40 minə yaxın insan ziyarət edib. Artıq beynəlxalq səviyyəyə çatan yarmarkaya 15 ölkədən şirkətlər qatılıb.

Azərbaycan Beynəlxalq Tibb İnnovasiyalar Sərgisi “Medinex” və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası Sərgisi “Beauty Azerbaijan” koronavirus pandemiyasının səbəb olduğu uzun fasilədən sonra  ənənəvi formatda keçirilib. Sərgiləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəal iştirakı və dəstəyi ilə təşkil edilmiş zəngin işgüzar proqram müşayiət edib.

Bütün sərgilərin ayrılmaz hissəsi b2b görüşlər olub. 2022-ci ildə b2b görüşlərdə 300-dən çox şirkət iştirak edib, onlar 545 beynəlxalq görüş keçirilib.

Sərgilərin müvəffəqiyyətlə keçirilməsində tərəfdaş və sponsorların rolu vacibdir. 2022-ci ildə SOCAR, bp, ACWA Power, Equinor, Masdar, INPEX, Turkish Petroleum, Baker Hughes, Microsoft, PASHA Bank, TechnipFMC, Tenaris, TotalEnergies, Uniper, Azeri MI Drilling, AZFEN, Baku Steel Company, Equinor, Caspian Drilling, Caspian Marine Services Limited, Ernst & Young, Global Energy Azerbaijan Management, Tekfen, Gubre.az, Silo Construction, PMD Group, Holcim Azerbaijan, Jadara Equipment & Defense Systems, ASFAT, Turkish Aerospace, NB GROUP, Zeytun Pharmaceuticals LLC, AzeriMed, Referans Klinik & Laboratoriya tədbirlərin sponsoru kimi çıxış ediblər. 2022-ci ildə Caspian Event Management, ICA Eurasia, GIMA Iteca Caspian və Caspian Event Organisers şirkətlərinin tərəfdaşları, “Greenwich Travel Club” rəsmi səyahət agentliyi, “Lilac” gül tərəfdaşı, “Hilton Baku” və “Hayat Regency” rəsmi mehmanxanaları, «AzExpoMontage» stend quraşdırma üzrə tərəfdaş və “Caspian Freight Services” yüklərin çatdırılma tərəfdaşı, "Bagcam" uşaq bağçaları şəbəkəsi isə uşaq zonası üzrə tərəfdaş olaraq yer alırlar. 

Hal-hazırda aktiv şəkildə yeni sərgi mövsümünə hazırlıqlar gedir. 2023-cü il Heydər Əliyev ili elan olunub. Bu mövzu növbəti sərgi mövsümündə öz əksini tapacaq, Ümummilli Liderin yubileyinə həsr olunmuş xüsusi tədbirlər keçiriləcək. Sərgi mövsümü isə 11 martda Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 5-ci Yubiley “Fərqli Fərdlər” Konqresi ilə açılacaq. Daha sonra mövsüm pandemiyadan sonra ilk dəfə təşkil edilən 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF” sərgisi ilə davam edəcək. Həmçinin yazda ənənəvi “Caspian Agro”, “Interfood Azerbaijan”, “Caspian Oil and Gas”, “Caspian Power”, “Bakı Enerji Forumu” və “Translogistica Caspian” sərgiləri baş tutacaq.  2023-cü il üçün ümumilikdə 17 sərgi layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

26.12.2022 15:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ