Hesab.az-da HƏRRAC – Bonusları hədiyyəyə çevirmək vaxtıdır!
(®) Azərbaycanın onlayn ödənişlər sahəsində ilk şirkəti – Qoldenpey/Hesab.az istifadəçilərini çoxdan gözlənilən HƏRRAC ilə sevindirib!
Artıq illərdir Hesab.az-da ödəniş həyata keçirib Bonus qazanan istifadəçilər Bonuslarını “Dərhal dəyiş” bölməsində maraqlı kampaniya və endirimlərə dəyişirlər. Hesab.az-ın bu gün başlatdığı hərracda istifadəçilərə özəl seçilmiş 100-dən çox hədiyyə təqdim edilib. Belə ki, 19 Dekabr tarixində başlayan hərracda istifadəçiləri İphone 14 Pro, İpad 10.2, PlayStation 5, Skuter King Song KS-X1, Airpods 2 kimi dəyərli elektronik cihazlar və müxtəlif qiymətli hədiyyələr gözləyir.
Qeyd edək ki, hərracda 2022-ci ilin Dekabr ayı ərzində Hesab.az saytı, yaxud mobil tətbiqində ödəniş həyata keçirən istifadəçilər iştirak edə bilər. 19-22 Dekabr tarixlərində istifadəçilər hər gün müxtəlif hədiyyələr uğrunda mübarizə aparacaqlar. Belə ki, hədiyyələr hərraca müxtəlif lotlar şəklində çıxarılacaq və istifadəçilər hər lot üzrə giriş haqqını ödədikdən sonra, hər lot üçün ayrılıqda mübarizə aparacaqlar. Hesab.az istifadəçiləri Bonusları bitənədək istədikləri qədər lota qatıla və qalib ola bilərlər.
Hərracın hər kəs üçün ədalətli və əlçatan olmağı da nəzərə alınıb. Belə ki, Hesab.az istifadəçiləri hesablarındakı Bonusların dəyəri üzrə müxtəlif kateqoriyalara bölünüb və hər kateqoriya üzrə fərqli dəyərli hədiyyələr nəzərdə tutulub. Beləliklə Hesab.az istifadəçiləri həmin hədiyyələr üzrə öz Bonus kateqoriyaları daxilində rəqabət aparacaqlar.
Hərrac barədə daha ətraflı məlumat burada.
GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və gələcəkdə nəzərdə tutduğu kampaniyalar haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 13 saat sonra
-
-
7 saat əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
7 saat əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı olub
- 9 saat əvvəl
-
13 saat əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir







.jpg)






.jpg)







