“Saldığımız bağlarda Azərbaycanda becərilməyən bir çox meyvələr yetişdiriləcək” - Sahibkar Faiq Osmanlı
Astara rayonunda 45 hektar ərazidə avokado bağı salınır. Tezliklə manqo, marakuya, taiti lime, qreypfrut, pomela, pitaya, papaya və limonun yeni növlərinin də yetişdirilməsinə başlanacaq.Dövlətdən aldığı kredit hesabına təsərrüfatını genişləndirən sahibkarlıq subyektlərindən biri də meyvəçilik və əkinçilik sahəsində fəaliyyət göstərən “AZORGANIK” kənd təsərrüfatı korperatividir. Bir necə sahibkarı ətrafında birləşdirən korporativə Göyçay, Ağdaş, Goranboy və Astara rayonlarındakı meyvə bağları və illik əkin sahələri daxildir. Korporativ hər rayonda oranın iqlim şəraitinə uyğun meyvə bağları (məsələn, Göyçayda nar, nektarin, şaftalı; Ağdaşda heyva, nar, xurma, alça bağları və s.) salıb.
“AZORGANIK” Kənd Təsərrüfatı Korperativinin sədri Faiq Osmanlı bildirib ki, bu il “AZORGANIK” İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə aldığı 1 milyon manat güzəştli kredit hesabına Astara rayonunda 45 hektar ərazidə avokadonun, 10 hektar ərazidə isə yeni limon sortlarının yetişdirilməsi üçün bağ salır.
Sahibkar deyir ki, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə Astara rayonunda indiyədək ölkəmizdə yetişdirilməyən bir çox meyvələrin becərilməsinə başlanacaq: avokado, manqo, marakuya, taiti lime, qreypfrut, pomela, limonun yeni növləri (Zagara Bianca, Kutdiken, Enterdonant, Lamas, Yediveren), kinkan, banan, portağal (karakara, Sweet Red, Fukomoto Navel növləri), naringinin WMurcott növü ölkəmizdə yetişdiriləcək:
“Bəzi meyvələr, məsələn, banan, pitaya, papaya Astarada açıq şəraitdə də yetişdirilə bilər. Amma onların bir qismi istixana şəraitində yetişdirilməlidir. Buna görə də bizim layihəmiz iki mərhələdən - açıq ərazidə və istixana şəraitində bağların salınmasından ibarət olacaq. İlk mərhələnin həyata keçirilməsinə İqtisadiyyat Nazirliyi dəstək göstərib. Layihəmiz uğurla davam edir, artıq avokado və limon bağlarının salınması prosesi yekunlaşıb. Layihəmizin ikinci mərhələsində istixana şəraitində banan, pitaya və papaya meyvələri yetişdiriləcək. Bununla bağlı banklarla və İqtisadiyyat Nazirliyi ilə müzakirələr aparırıq. Layihəmizin ikinci hissəsinə dəstək alsaq, onu çox qısa zaman ərzində həyata keçirə, bu ilin sonunda ilk banan və pitaya məhsullarımızı əldə edə bilərik”.
F.Osmanlının sözlərinə görə, yeni saldıqları bağdan əldə edəcəkləri meyvələrin satışına və ixracına təxminən 3 il sonra başlayacaqlar: “Sadaladığım meyvələrin hamısı ölkəyə idxal edilir. Bu idxalın bir qisminin qarşısını alsaq, ölkədən valyuta çıxmasının da qarşısı müəyyən qədər alınar. Tinglərini əkdiyimiz meyvələrə həm daxili, həm də xarici bazarda yetərincə tələbat var. Ona görə məhsulumuzu istər daxili, istərsə də xarici bazarda rahatlıqla sata biləcəyik”.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Vergiler"
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
15 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 40 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























