Səudiyyə Ərəbistanı Rusiya neftinə qiymət həddinin tətbiq edilməsinə münasibət bildirib
"Rusiya neftinin qiymətinə yuxarı hədd müəyyən edilməsinin hazırda heç bir real nəticəsi yoxdur".
Marja.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman bildirib.
"Dekabrın 5-də qüvvəyə minmiş neftin qiymətinin yuxarı həddinə gəlincə, bu tədbirin hələ dəqiq nəticəsi yoxdur. Bunun həyata keçiriləcəyinə də tam əminlik yoxdur", - Nazir Ər-Riyaddakı forumda deyib.
Nazirin sözlərinə görə, dünya neft bazarlarında vəziyyəti nəzərdən keçirərkən Rusiya Federasiyasının belə sanksiyalara reaksiyasını da nəzərə almaq lazımdır.
"Bu tədbirlər və alətlər siyasi məqsədlər üçün qəbul edilib və onların qarşıya qoyulan məqsədlərə çatmağa kömək edib-etməyəcəyi hələ aydın deyil", - bin Salman deyib. O, gələn il neft bazarlarına təsir göstərməyə davam edəcək bir sıra amillərə, o cümlədən Çindəki anti-COVID tədbirlərinə işarə edib.
Dekabrın 5-də Qərbin neft sanksiyaları qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb. G7 ölkələri, Avstraliya və Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftinin bir barel üçün 60 dollar qiymət limiti tətbiq edib. Həmçinin, Qərb ölkələri öz şirkətlərinə razılaşdırılmış qiymətdən (maksimum 60 dollar) yüksək qiymətlərə Rusiyadan neft daşıyan tankerlərə nəqliyyat, maliyyə və sığorta xidmətləri göstərməsini qadağan edib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak bu qərarı şərh edərkən bildirib ki, Rusiya hasilatı azaltmalı olsa belə, neft qiymətləri ilə bağlı tavanı qəbul etməyəcək. O əlavə edib ki, bu cür məhdudiyyətlər bazar alətlərinə müdaxilədir, Rusiya yalnız bazar şərtləri ilə işləyəcək alıcılar ilə işləməyə hazırdır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















