Gələn il 17 min nəfərdən çox əhalinin öz kiçik biznesini qurması üçün əvəzsiz dəstək göstəriləcək
Özünüməşğulluq proqramının əhatə dairəsi daha da genişləndirilir2023-cü ilin sosial hədəflərindən biri özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində növbəti irəliləyişə nail olmaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, gələn il proqrama cəlb olunacaq şəxslərin sayının bu ilə nisbətən daha da artırılaraq 17100-ə çatdırılması nəzərdə tutulur.
Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi də davam etdiriləcək.
Layihə, həmçinin yerli banklarla və sosial tərəfdaşlarla birgə işlər gələn il də proqramın genişləndirilməsinə mühüm dəstək olacaq.
Həssas əhali qruplarının öz kiçik bizneslərinin qurulmasına, kiçik sahibkarlığa çıxışına dəstək göstərən özünüməşğulluq proqramının 2022-ci il üzrə 16 mindən çox şəxsi əhatə etməsi nəzərdə tutulub ki, onlardan bu ilin 11 ayında artıq 15,9 mini proqrama cəlb olunub.
Ümumilikdə özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci illə müqayisədə proqrama cəlb olunanların illik sayı 14 dəfə artıb.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
15 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 40 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























