"Bankımız müraciətlərin cavablandırılması və şikayətlərin həlli üzrə İSO sertifikatı əldə edib"
“2020-2023 strateji dövründə müştəri xidməti keyfiyyətinin artırılması da diqqət mərkəzində olan istiqamətlərdəndir".
Marja.az xəbər verir ki, bunu Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov bildirib.
O qeyd edib ki, ölkə üzrə ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank-da filial şəbəkəsinin optimallaşdırılmasına və yeni xidmət nöqtələrinin açılmasına xüsusi diqqət ayrılır:
"Təkcə bu il ərzində Bakı şəhəri üzrə 9, regionlar üzrə 2 yeni xidmət nöqtəmiz istifadəyə verilib. Telefon mərkəzi və onlayn müştəri xidməti sahələrinin resursları da artırılıb. Bankımız müştəri məmnuniyyətinin artırılması, daxil olan müştəri müraciətlərinin cavablandırılması və müştəri şikayətlərinin həll edilməsi proseslərinin aparılması üzrə beynəlxalq sertifikatlaşmadan keçərək ISO 10002:2018 sertifikatı əldə edib. Əlbəttə ki, görülən bu tədbirlər fasiləsiz davam etməlidir. Bankın həm rəqəmsal, həm də filiallar vasitəsilə xidmət etdiyi müştəri sayı böyük olduğundan daxil olan müraciətlərin daha effektiv emal olunması istiqamətində işlər daimi əsaslarda görülməli və hər zaman yüksək prioritet təşkil etməlidir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat sonra
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 42 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























