Rusiya neftini daşıyan gəmilər İstanbul boğazı yaxınlığında saxlanılır
Avropa Birliyinin tavan qiyməti tələbi Rusiya neftini daşıyan gəmilərin sığorta problemi ilə üzləşmələrinə səbəb olub.Bloomberg-in gördüyü sənədlərə görə, Rusiya və Qazaxıstan neftini daşıyan, sığorta məktubu olmayan və İstanbul boğazından (Bosfor) keçmək istəyən gəmilər saxlanılır.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, bu səbəbdən də Boğazın şimalında Rusiya və Qazaxıstan neftini daşıyan gəmilərin toplandığı görünür.
Bu gündən qüvvəyə minən "tavan qiymət" tələbindən sonra Türkiyə sularında neft daşıyan gəmilərdən "sığorta məktubu" zəmanəti tələb olunur. Türkiyənin sığorta siyasəti Avropa ittifaqının dekabrın 5-dən qüvvəyə minən sanksiyalarına uyğun olaraq xarakterizə edilir.
Avropa İttifaqı ölkələri dekabrın 2-də Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər. G7 ölkələri də dekabrın 5-dən etibarən Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollar tavam qiyməti tətbiq etmək qərarına gəliblər. Bu limitdən yuxarı qiymətlərə satılan Rusiya neftinin daşınmasına sığorta xidmətlərinin göstərilməsi qadağan olunub.
Gəmiləri risklərdən sığortalayan "London P&I Club"ın internet saytında verdiyi açıqlamada, Türkiyənin tankerlərdən tələb etdiyi məktubların hal-hazırda alınmasının mümkün olmayacağı qeyd edilib.
Bildirilir ki, təkcə Rusiyanın neft gəmiləri deyil, Qara dənizdən gələn Qazaxıstan gəmiləri də sözügedən tələbə tabedir. Gəmiləri izləyən məlumatlar da Boğaz yaxınlığında bir çox gəminin gözlədiyini göstərir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















