Bayrama 4 ay qalsa da, bilet qiymətləri fantastikdir
Novruz bayramı günlərində “Buta Airways” loukosteri ilə Bakıdan İstanbula uçuş biletlərinin qiymətləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məlumata görə, 4 ay sonraya – martın 20-21-i tarixlərinə Bakıdan İstanbula (Sabiha Gökçen) bilet almaq istəyənlər bir tərəf üçün 598.53 AZN ödəməlidirlər. Bu tarixlərdə gediş-dönüş isə 1000 AZN-dən yuxarı məbləğə başa gəlir. Həmçinin “Buta”da “standart” bilet 563.26 AZN, “budget” isə 545.66 AZN-dir.
Aşağı büdcəli aviaşirkətdən daha ucuz bilet gözləntisi olsa da, eyni tarixlərdə milli daşıyıcı olan AZAL-la uçuşlar “Buta”dan daha münasibdir. Belə ki, martın 21-də AZAL-ın “comfort” tarifi ilə biletinin qiyməti iki 32 kq-lıq baqaj və iki 10 kq-lıq əl yükü daxil 598.72 AZN-ə təklif olunur ki, bu da “Buta”nın “super” tarifindən cəmi 19 qəpik yüksəkdir.

Mart ayının 20-21-i tarixlərinə AZAL-la Bakıdan İstanbula (İstanbul Hava Limanı) təyyarə biletinin qiyməti ekonom “lite” tarifi ilə 371.65 AZN, “klassik” tarifi üçün 398.05 AZN, “safe” tarifi üçün isə 424.46 AZN təşkil edir.
Qeyd edək ki, AZAL-ın qiymət siyasəti dəfələrlə tənqidlərə tuş gəlib. Ötən ay Milli Məclisdə müzakirələr zamanı deputatlar da Azərbaycan vətəndaşının xaricə yeganə çıxış yolu olan AZAL-ın ağır maliyyə yükü olduğu dilə gətiriblər. Deputat Zahid Oruc qeyd edib ki, alternativ beynəlxalq uçuşlar həyata keçirən şirkətlərin olmadığı bir məkanda vətəndaş təkcə bir istiqamətə -Türkiyəyə gürcü və ermənilərdən 3 dəfə baha uçur.
Xatırladaq ki, milli aviadaşıyıcı tərəfindən daha əvvəl verilən açıqlamalarda qiymətlərin bu və ya digər istiqamət üzrə aviabiletin dəyərinin uçuş tarixindən və biletin alınma tarixindən, mövsümi uçuş cədvəlindən, uçuşların tezliyindən, həmçinin təyyarədə boş yerlərin sayından asılı olaraq dəyişdiyi bildirilirdi. Şirkətin açıqlamalarında qeyd olunur ki, aviabiletin dəyəri ən aşağı tarifdən ən yüksək tarifədək əvvəlcədən müəyyən edilir. Əvvəlcə ən ucuz tariflərlə aviabiletlər satılır və təyyarədə yerlər dolduqca hər növbəti aviabiletin dəyəri artır.


© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 31 d. sonra
-
-
6 d. əvvəl
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
- 35 d. əvvəl
- 48 d. əvvəl
-
2 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
2 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
bp və SOCAR saziş imzaladı
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında






















