Dövlət Neft Fondu daşınmaz əmlakda zərər edir
2022-ci ilin 9 ayında Azərbaycan Respublikası Dövlət Neft Fondunun bir əmlakı xaric, digər əmlakları üzrə mənfi gəlirlilik olub.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə Rəyində bildirilir.
“Cari ilin 9 ayında Fondun daşınmaz əmlak alt portfeli üzrə 9,86% gəlirliliyi olmuş, gəlirlilikdə “Fond investisiyaları” və “Müştərək investisiyalar” əsas payı təşkil etmişdir. Fondun daşınmaz əmlak alt portfelinin strukturuna daxil olan “Birbaşa investisiyalar” üzrə məzənnə dəyişikliyi nəzərə alınmaqla bir əmlakı üzrə gəlirlilik müşahidə edilsə də digər əmlaklar üzrə mənfi gəlirlilik olmuşdur. Əvvəlki rəylərdə olduğu kimi “Birbaşa investisiya” aləti üzrə daşınmaz əmlak bazarının tələblərinə uyğun mövcud iqtisadi vəziyyət nəzərə alınmaqla yeni tənzimləmə mexanizmlərinin tətbiqinə zərurət olduğu qənaətindəyik”,- Rəydə deyilir.
Rəydə qeyd edilib ki, Neft Fondunun daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi dəyəri 2 milyard 905,6 milyon ABŞ dolları təşkil etmişdir. Fond London şəhərinin West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 174,5 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 3 milyard 159,5 milyon Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 206 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən və dəyəri 55,664 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə investisiya etmişdir. Bundan əlavə daşınmaz əmlak portfelinə “PGIM”, “AXA Investment Management”, “PAG”, “E-Shang Redwood”, “Gaw Capital”, “Blackstone”, “BlackRock”, “Walton Street”, “Ares”, “BentallGreenOak”, “Starwood”, “Angelo, Gordon & Co”, “FLE SICAV-FIS”, “Prologis”, “Charter Hall” və “Brookfield” tərəfindən idarə olunan fond investisiyaları; “PGIM”, “Gaw Capital”, “Blackstone”, “Walton Street”, “KIC” və “AroundTown” ilə birlikdə müştərək investisiyalar daxil olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
2 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























