Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

DTX polkovnik Babək Səmidlinin səs yazısı ilə bağlı araşdırma aparır

iç səhifə xəbər başlığı altı (mobil)_31
DTX polkovnik Babək Səmidlinin səs yazısı ilə bağlı araşdırma aparır

Vətən Müharibəsinin sonra minaya düşərək şəhid olan polkovnik, korpus komandirinin müavini Babək Səmidlinin səs yazı ilə bağlı araşdırma aparılır.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində yayılması müxtəlif müzakirələrə və suallara yol açmış səs yazısı ilə bağlı araşdırmalara başlanılıb.

Artıq məsələ ilə bağlı DTX-nın istintaq orqanında bir sıra şəxslər dindirilir, prosessual hərəkətlər aparılır.

Dindirilənlər arasında Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov da var.

Artıq sosial şəbəkələrdə və mətbuatda Fərhad Əhmədovun yaxınları bu faktı təsdiqləyiblər. Bildirilir ki, Babək Səmidlinin yayılan səs yazısında suallarına cavab verilən şəxs Fərhad Əhmədovdur.

Fərhad Əhmədovun köməkçisi manset.az-a açıqlamasında Babək Səmidlinin səsinin Fərhad Əhmədov tərəfindən yazıldığını da təsdiq edib. Belə olan halda onun bunu hansı məqsədlə etdiyi məsələsi açıq qalır.

Qeyd edək ki, Babək Səmidlinin mübahisəli səs yazısının yayıldığı uzun müddət ərzində Fərhad Əhmədov səsin onun tərəfindən yazılması ilə bağlı açıqlama verməyib.

İndi bunun onun tərəfindən edildiyinin etiraf edildiyi bir vaxtda, səbəbi və ondan asılı olaraq müxtəlif hərbi məsələlərlə bağlı Babək Səmidlinin səsini yazıb yaymağa görə hüquqi məsuliyyət məsələsi ortaya çıxır.

Hazırda DTX-nın İstintaq qurumunda araşdırmalar aparılır.

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən milyarderin Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar keçirilib.

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

© APA

23.11.2022 18:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ