Maskın sərvəti "əriyir"
Twitter-i alması və şirkətdə apardığı ixtisar ilə gündəmdə olan İlon Maskın sərvəti "əriməkdə" davam edir. Maskın sərvətində azalma 100 milyard dolları ötüb.Dünyanın ən varlı adamı olan İlon Mask (Elon Musk) indi sərvəti ən çox azalan ən varlı adam kimi diqqəti çəkir.
Marja xəbər verir ki, Tesla səhmlərinin iki ilin minimum səviyyəsinə düşməsindən sonra Teslanın rəhbəri İlon Mask sərvətində ciddi itki ilə üzləşib. Maskın sərvətinin azalması ilk dəfə olaraq 100 milyard dolları ötüb.
Təkcə bazar ertəsi Maskın sərvəti 8,6 milyard dollar azalıb. Maskın sərvəti 170 milyard dollara düşüb. Bununla belə, Mask Bloomberg Milyarderlər İndeksində birinci yerini qoruyur.
Maskın sərvəti bir il əvvəl 340 milyard dollara çatmışdı.
İnvestorlar, Maskın Twitter-i aldıqdan sonra elektrik avtomobili istehsalçısı Tesla-ya daha az vaxt ayıra biləcəyindən narahatdırlar. Bu narahatlıqlar artdıqca Tesla səhmləri ucuzlaşır.
Oktyabrın 27-də 51 yaşlı milyarder Twitter-i almaq üçün müqavilə imzlalayıb.
Tesla-nın səhmləri bu il 52 faiz dəyər itirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)












.jpg)







