Bir işçisinə ayda orta hesabla 3700 manat xərcləyən Azərbaycan bankı
Azərbaycanın iri korporativ bankı PAŞA Bankın işçilər üzrə xərcləri artıb.
Marja.az xəbər verir ki, 2022-ci ilin ilk yarımili üzrə fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında PAŞA Bankın İdarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanovun çıxış edib.
Süleymanov bildirib ki, PAŞA Bankın işçilər üzrə cəmi xərcləri 2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 4 milyon 152 min manat və ya təxminən 20% artaraq 25 milyon 187 min manat təşkil edib. 2021-ci ilin ilk 6 aynda PAŞA Bankın işçilər üzrə cəmi xərcləri 21 milyon 35 min manat təşkil etmişdi.
Murad Süleymanov qeyd edib ki, PAŞA Bankın işçilərinin sayı da artıb. Belə ki, 30 İyun 2021-ci il tarixində PAŞA Bankın 995 əməkdaşı olmuşdursa, 30 İyun 2022-ci il tarixində 1139 nəfərə çatmışdır. Qısası, Bankın əməkdaş sayı 144 nəfər artıb.
2022-ci ilin 1-ci yarısında PAŞA Bankın bir işçiyə düşən xərci ayda orta hesabla 3685 manat olub. Ötən ilin eyni dövründə bu rəqəm 3523 manat idi.
2022-ci ilin 1-ci yarısında PAŞA Bankın işçilər üzrə xərclərinin (25 milyon 187 min manat) cəmi əməliyyat xərclərində (57 milyon 272 min manat) xüsusi çəkisi 44% təşəkil edib.
Eyni zamanda, PAŞA Bank rəqəmsallaşmaya da investisiyalarını artırır. Belə ki, 2021-ci ilin ilk 6 ayında proqram təminatına çəkilən xərclər 2 milyon 229 min manat ikən, 2022-ci ilin ilk 6 ayında 3 milyon 562 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
18 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
-
25 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
34 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Ən çox oxunanlar
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək







.jpg)














.jpg)