Azərbaycanlıların Türkiyədə mənzil alışı azalıb
2022-ci ilin yanvar-oktyabr aylarında (10 ayda) azərbaycanlılar Türkiyədə 1087 mənzil (ev) alıblar.
Marja.az Türkiyə Statistika Xidmətinə istinadən xəbər verir ki, azərbaycanlılar yanvarda 89, fevralda 93, martda 115, apreldə 156, mayda 118, iyunda 131 mənzil, iyulda 65, avqustda 106, sentyabrda 115, oktyabrda 99 ev alıblar. Beləliklə, sentyabr ayı ilə müqayisədə oktyabr ayında azərbaycanlıların Türkiyədə aldığı mənzillərin sayı azalıb.
Xatırladaq ki, azərbaycanlılar 2021-ci ilin yanvar-oktyabr aylarında Türkiyədə 1140, o cümlədən yanvarında 68, fevralında 77, martında 106, aprelində 131, mayında 47, iyununda 164 mənzil, iyulunda 127, avqustunda 138, sentyabrında 162, oktyabrında 120 mənzil almışdılar.
Azərbaycanlılar Türkiyədə 2020-ci ildə 1279 mənzilə, 2021-ci ildə isə 1517 mənzilə mənzilə sahib olublar.
Oktyabrda azərbaycanlılar Türkiyədə ev alan xaricilər arasında 10-cu yeri tutublar.
Türkiyədə ev satışları oktyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 25,3% azalaraq 102 min 660 mənzil təşkil edib.
Xaricilərə mənzil satışı oktyabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 8,8% azalaraq 5 min 377-yə düşüb. Xaricilərə ev satışında 2 min 123 ev satışı ilə Antalya birinci, 1658 satışla İstanbul ikinci və 490 satışla Mersin üçüncü olub.
Oktyabr ayında Rusiya vətəndaşları Türkiyədən 2 min 23 ev, İran vətəndaşları 498 ev, İraq vətəndaşları 310 ev, İkrayna vətəndaşları 216 ev alıblar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
3 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 15 d. əvvəl
- 17 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















