Türkiyə holdinqi Bakı Limanına ilkin mərhələdə 30 milyon dollar pul qoyacaq
Türkiyənin “Albayrak” şirkətlər qrupunun Bakı Limanında həyata keçirdiyi layihələrin ümumi dəyəri ilkin mərhələdə 30 milyon ABŞ dolları olacaq.
Bunu holdinqin logistika üzrə direktoru Harun Öncü deyib.
O, qeyd edib ki, artıq 4 milyon ABŞ dolları dəyərində mobil kran alaraq onu Bakı Limanına gətiriblər: "Bu kranla limana yük gətirənlərə xidmət ediləcək. Təcrübəli əməkdaşlarımızı layihələrimiz üçün cəlb etmişik".
H.Öncünün sözlərinə görə, gələcəkdə layihələrin sayının artacağı istisna edilmir: "Bakı Limanında başqa birgə layihələr də həyata keçirə bilərik".
“Albayrak” şirkətlər qrupu 50-dən çox şirkəti birləşdirir, Türkiyə ilə yanaşı Avropa və Afrikada liman idarə edilməsində və beynəlxalq ticarətin formalaşdırılmasında böyük təcrübəyə malikdir. Bu il iyulun 25-də holdinqlə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, tərəflər Bakı Limanının texniki imkanlarının yaxşılaşdırılması, daha çox yük cəlb edilməsi, eyni zamanda yüklərin operativ formada aşırılması və bu kimi sahələrdə sıx əməkdaşlıq edəcəklər. Əldə edilmiş yeni razılığa görə isə “Albayrak” Bakı Limanı ilə birgə “Ro-Ro” və “Gübrə” terminallarında fəaliyyət göstərəcək.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 8 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 12 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
13 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
13 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb























