Britaniya rusiyalı oliqarxların 21 milyard dollarlıq aktivlərini dondurub
Böyük Britaniya hökuməti Ukraynadakı müharibə səbəbindən sanksiyaya məruz qalan rusiyalı oliqarxların, həmçinin digər fiziki və hüquqi şəxslərin 18 milyard funt-sterlinq (təxminən, 21 milyard dollar) məbləğində aktivlərini dondurub.
Bu barədə “Reuters” xəbər verir.
Bildirilib ki, Böyük Britaniya Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Maliyyə Sanksiyaları İdarəsinin məlumatına əsasən, Rusiya Liviya və İranı keçərək Böyük Britaniya tərəfindən ən çox sanksiyaya məruz qalan ölkə olub.
“Biz Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etdik və bu, onların hərbi sahəsinə zərbə vurur. İsmarışımız aydındır: Putinin bu amansız müharibədə uğur qazanmasına imkan verməyəcəyik”, - Böyük Britaniyanın maliyyə naziri Endryu Qriffit deyib.
Bu günə qədər Böyük Britaniya rusiyalı 1200-dən çox fiziki şəxsə, 120-dən çox təşkilata, o cümlədən tanınmış iş adamlarına, şirkətlərə və siyasətçilərə qarşı sanksiya tətbiq edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
6 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















