Azərbaycanın ucqar kəndlərində biznes fəaliyyətinə vergi güzəşti təklif olunur
"Azərbaycanın ucqar kəndlərində aqrar yönümlü müəssisələr yaradan sahibkarlara vergi güzəştlərinin olunmasını təklif edirəm".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.
"Regionlarda ən böyük problem işsizlikdir. Bu problemdən yeganə çıxış yolu kiçik və orta sahibkarlığı inkişaf etdirməkdir. Ucqar kəndlərdə, ümumilikdə regionlarda fəaliyyətə yeni başlayan, istehsal və təkrar istehsalla məşğul olan sahibkarlara vergi güzəşti olmalı, infrastruktur xərcləri ilə bağlı vergi tətillərinin müddəti 3 ilə qədər uzadılmalıdır", - deyə o qeyd edib.
Komitənin digər üzvü Məşhur Məmmədov isə deyib ki, sərhədyanı rayonlarda bu il də olmasa, gələn il paket şəklində müəyyən güzəştlər tətbiq olunsun: "Xüsusilə Ermənistan və İranla sərhəddə yerləşən rayonlarımıza güzəştlərin tətbiq edilməsini təklif edirəm. İqtisadiyyatda Sumqayıt və Gəncəni çıxmaqla regionların payı elə də çox deyil. Bu gün regionlara dövlət büdcəsindən pul ayrılsa da, bir çox problemlər var".
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva isə bildirib ki, bu ilin yanvar-sentyabr aylarında regionlardan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 23,1% çox olub: "Nəzərə almalıyıq ki, regionlara bir sıra güzəştləri tətbiq edilir. O cümlədən, mikro sahibkarların gəlirinin vergiyə 75 % güzəştlə cəlb edilməsi nəzərdə tutulur. Bundan başqa, regionlarda müəssisələrin qurulması ilə bağlı idxal olunan məhsulların əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi planlaşdırılır".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
16 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 41 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























