L'Oreal Twitter-də reklamların dayandırılması barədə xəbəri təkzib edir
L'Oreal: Şirkət Twitter reklamlarına xərcləri dayandırmaq barədə qərar qəbul etməyibKosmetika istehsalçısı L'Oreal SA Twitter-də reklam xərclərini dayandırdığı barədə xəbərləri təkzib edib.
"L'Oreal SA Twitter reklamlarına xərcləri dayandırmaq barədə heç bir qərar qəbul etməyib", - şirkətin sözçüsü Reuters-ə elektron poçtla bildirib.
Twitter Reuters-in sorğusuna hələ cavab verməyib.
ABŞ-ın aparıcı avtomobil istehsalçısı General Motors keçən həftə İlon Maskın sosial şəbəkəni almaq üçün müqaviləni tamamladıqdan sonra Twitter-də ödənişli reklamı müvəqqəti olaraq dayandırdığını bildirib.
Keçən həftə reklamçılara ünvanladığı məktubda Mask, Twitter-i “dünyanın ən hörmətli reklam platforması” etmək istədiyini bildirib.
İkinci rübdə reklam satışları Twitter-in gəlirinin 90%-dən çoxunu təşkil edib.
May ayında reklamçılara təqdimat zamanı bəzi reklam agentlikləri və brendlər Twitter-in gələcəyi ilə bağlı şübhələrini ifadə etmişdilər.
Kosmetika qrupu Maybelline və Lancome kimi məşhur brendlərə sahibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
16 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 19 saat əvvəl
-
19 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















