Ağdam Sənaye Parkında 4 yeni şirkət - 27 MİLYON MANAT SƏRMAYƏ, 250 YENİ İŞ YERİ
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında daha 4 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 11-ə çatıb.
Agentliyin yaydığı məlumata görə, yeni rezident “Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyəti Sənaye Parkının 1 hektar ərazisində “Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı” layihəsini həyata keçirəcək. Layihə çərçivəsində müxtəlif növ dəmir yolu avadanlıqları istehsal ediləcək.
İnvestisiya dəyəri 5,7 milyon manat olan müəssisədə 45 daimi iş yeri açılması nəzərdə tutulur.
Ağdam Sənaye Parkının digər yeni rezidenti “Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sənaye Parkının 1 hektarında divar kağızlarını istehsal edəcək müəssisə inşa olunacaq.
İnvestisiya dəyəri 6,5 milyon manat olan müəssisədə 76 nəfər daimi işlə təmin olunacaq.
Daha bir yeni rezident “Almet Holding” Qapalı Səhmdar Cəmiyyəti Sənaye Parkının 1 hektar ərazisində “Müxtəlif növ dəmir məmulatlarının istehsalı” layihəsini həyata keçirəcək. Layihə çərçivəsində polad həsir, mismar, bolt, məftil, eləcə də sinkli məftil istehsal ediləcək.
Layihənin investisiya dəyəri 13 milyon manatdır. Layihə çərçivəsində 100 nəfər daimi işlə təmin ediləcək.
Sənaye Parkının yeni rezidenti “Eel Electric” MMC “Elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı” layihəsi icra edəcək. Layihə çərçivəsində 10 və 35 kV-luq elektrik yuvalarının, eləcə də 0,4 kV-luq elektrik paylayıcı qurğu və idarəetmə lövhələrinin istehsalı planlaşdırılır. İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 30 nəfər daimi işlə təmin ediləcək.
Müəssisələrdə istehsal olunan məhsullarin daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur.
XXX
Ağdam Sənaye Parkında 4 sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 11-ə çatıb.
Marja.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Ümumi investisiya həcmi 27 milyon manata yaxın olan 4 müəssisədə (Rail Trans Service MMC, Mister Decor MMC, Almet Holding QSC və Eel Electric MMC) 250-dən çox daimi iş yeri yaradılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
6 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
7 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
























