Həyat sığortası haqqında mütləq bilməli olduğunuz 10 FAKT

Həyat sığortası şəxsi büdcənin sütunlarından biridir və bütün şəxslər tərəfindən nəzərə alınmalıdır. Hətta daha da dərinə getsək bu sığorta növü bir çoxları üçün həyati əhəmiyyət kəsb edir.
Kömək məqsədi ilə həyat sığortası haqqında mütləq bilməli olduğunuz 10 FAKT-ı sizə təqdim edirik:
1.Əgər kimsə maddi cəhətdən sizə arxalanırsa, demək sizin həyat sığortasına ehtiyyacınız var. Əgər siz evlisinizsə və ya sizdən asılı olan övladınız varsa bu sizin üçün həyati öhdəlikdir.
2. Həyat sığortası insanların həyatına maddi dəyər qatmır. Əksinə, həyat itkisinin müşayiət etdiyi qaçılmaz maddi itkilərin qarşısını alır. Strateji olaraq, verilən sığorta ödənişləri insanlara daha çox kömək olur. Əgər özünü sığortalamayan şəxs vəfat edərsə, onun kredit və digər borcları, ipoteka kreditləri, planlanmış təhsil xərcləri və itirilmiş gəlirləri ailəni çətin duruma salır. Həyatını sığortaladığı halda isə ölən ailə başçısının borcları sığorta ödənişi vasitəsi ilə yüngülləşdirilir və ailə üzvlərini maddi çətinliyini xeyli asanlaşdırır.Bundan başqa, həyat sığortası sığortalı insanlarda arxayınlıq yarada bilir. Nəticə olaraq, bu tipli sığorta ailə başçıları və həmçinin işləməyən insanlar üçün də önəmlidir.
3. Həyat sığortası müqaviləsi. Həyat sığortası üzrə xidmətlər təflik edən şirkətlə başqa bir şəxsin həyat üzrə, eləcə də maddi marağı olan hər hansı bir şəxsin arasındakı imzalanmış sənəddir. Sığorta şirkəti sığorta olunanların haqqlarını toplayır və ölüm hadisəsi zamanı ödənişlər edir. Toplanan ümumi sığorta haqqları ilə verilən sığorta ödənişlərinin arasında yaranan fərq sığorta şirkətinin mənfəəti hesab olunur.
4. Sığorta əməliyyatlarının 4 əsas rolu: Bura sığortalı, sığortaçı, müqavilə sahibi və benefisiarlar daxildir. Sığortaçı olüm hallarında ödənişləri edən sığorta şirkətidir. Müqavilə sahibi sığorta şirkətinə sığorta haqqı ödəyən şəxsdir. Sığortalı müqavilənin əsasında tərtib olunduğu şəxsdir. Benefisiar sığortalının vəfatı halında ödəniş alacaq şəxsdir. Məsələn, mən 2 həyat sığortası məhsulunun sahibiyəm (iki fərqli sığortaçıdan). Mənim həyat yoldaşım hər birinin benefisiarı hesab olunur.
5. Həyat sığortası risklərin idarə olunması ilə yanaşı, ən yaxşı investisiya aləti də hesab olunur. Həyat sığortaları vergi güzəştləri təklif edən investisiya xüsusiyyətinə də malikdir. Yığım investisiyası məhsulunu əldə edən müştəri minimum 3 illik sığorta müqaviləsi əsasında bank faizlərindən daha çox gəlir əldə edir. (>Ətraflı)
6.Həyat sığortası çox bahalı ancaq bəzən gözlənilməz dərəcədə ucuz da ola bilər. Sağlam, siqaret çəkməyən, 30 yaşlarında bir şəxs 30000 AZN təminat üçün ayda 20 AZN sığorta haqqı ödəməsi kifayətdir.
Lakin siqaret çəkən birisi digərləri ilə müqayisədə ikiqat daha çox sığorta haqqqı haqqı ödənişi edəcək. Sağlamlıq problemi olanlar isə 3 dəfə və ya daha artıq sığorta haqqı ödəniş etməli ola bilərlər. Və yaxud ödəniləcək sığorta məbləği azaldıla da bilər.
7. Sizin üçün ən optimal sığorta paketini seçmək çətin olmamalıdır. Həyat sığortasını detallı şəkildə araşdırdığımız zaman əsas məsələ sığortanın mürəkkəbliyindən daha çox onun verə biləcəyi imkanları düzgün dəyərləndirməkdir. Bir çox hallarda ailələr çalışırlar ki, kifayət həcmdə həyat sığorta paketi əldə etsinlər ki, gələcəkdə ailə üzvləri müxtəlif maddi çətinliklərlə üzləşməsinlər.
Buna görə də, bu sadə və effektiv strategiyanı nəzərə almaq lazımdır ki, bizim ailəmizin nə qədər həyat sığortasına ehtiyacı olduğunu əvvəlcədən bilək.
8. Başqa birinin yardımını siz olmadığınız zaman təmin etmək. Bir çox alətlər var ki, sizin ehtiyacınız olan sığorta paketi üçün nə qədər ödəməli olduğunuzu bilməyə yardımçı olsun. Ancaq bundan əvvəl məsləhət görülür ki, sizə ilkin müraciətdən tutmuş anderraytinq prosesində yardımçı olacaq sığorta mütəxəssisi ilə əlaqə saxlayasınız.
9. Anderraytinqə və həyat sığortası üzrə ərizə formalarında qeyd olunan suallara doğru cavab verin.
Sığorta şirkətlərində sığorta haqqı məbləği sizin məhsulu hansı satış kanalı vasitəsilə almağınızdan asılı olmayaraq dəyişmir. Anderraytinq, prosesin ən uzun hissəsi olsa belə, sığorta şirkəti sizin keçmiş və mövcud sağlamlıq durumunuzu, valideynlərinizin və bacı qardaşlarınızın sağlamlıq durumu və digər bəzi suallarla sizin mümkün risklərinizi ölçür. Verilən suallara və ərizə formalarında qeyd olunan suallara dorğu cavab verin. Əks halda sığorta hadisəsi baş verən zaman sığorta şirkəti ödəniş etməkdən imtina edə bilər.
10. Həyat sığortanızı ləğv edərkən düzgün seçim edin ki, nəticədə pul itkisi olmasın.
Əgər sizin aldığınız məhsul sizə uyğun deyilsə və ya artıq ona ehtiyacınız yoxdursa, bu zaman bundan sonrakı mərhələdə çox diqqətli addım atmağınız önəmlidir. Əgər siz hiss etsəniz ki, sizin tələblərənizə uyğun olmayan məhsul üçün çox sığorta haqqı ödəmisiniz, lakin sizin hələ də həyat sığortanısna ehtiyacınız var, bu zaman yanlış müqaviləni yenisi ilə əvəz edənə qədər ləğv etməyin. Cünki, siz bunu ləğv etdiyiniz anda sağlamlığınızla bağlı hər hansı problem olduğunu öyrənə bilərsiz. Hansı ki bu problem sizin yeni müqaviləniz üçün son ola bilər. Bunun fonunda şirkət sizə hər hansı təminat almanız üçün imtina da verə bilər.
Bundan başqa, əgər sizin investisiya təyinatlı həyat sığortası məhsulu üzrə müqaviləniz varsa siz bu müqaviləyə xitam verməzdən əvvəl düşünməlisiniz. Xitam verdiyiniz halda vergilər və digər komissiyalar hesablanaraq yığılan vəsaitindən çıxılacaq. Bu isə pul itkisinə gətirib çıxaracaq.
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 1 gün sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün sonra
-
15 saat əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
15 saat əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
15 saat əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
15 saat əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
-
15 saat əvvəl
“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq
-
15 saat əvvəl
Bu ilin 6 ayında Azərbaycanda 12 mindən çox boşanma halları qeydə alınıb
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər

Azərbaycada 280 min nəfər işsiz əhali var
Ən çox oxunanlar

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb

Rusiya Mərkəzi Bankı faiz dərəcəsini azaldıb

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!

"Regionlarda baytar və özəl baytarların işlərinə də nəzarət yoxdur"
