Myanma İttifaqı Respublikası FATF-in “qara siyahı”sında
21 oktyabr 2022-ci il tarixində Myanma Birliyi Respublikası FATF-ın Fəaliyyət Çağırışına tabe olan Yüksək Riskli Yurisdiksiyalar üzrə plenar iclasında “qara siyahı” adlandırılan yüksək riskli yurisdiksiyalar siyahısına daxil olub.
Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin yaydığı məlumatda bildirilir ki, FATF təşkilatı üzvlərini Myanma ilə işgüzar əlaqələr və əməliyyatlar üçün gücləndirilmiş müştərilərin eyniləşdirilməsi və verifikasiyası (MEV) tədbirləri tətbiq etməyə çağırıb.
Yüksək riskli yurisdiksiyaların pulların leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı mübarizə sistemlərində mühüm strateji çatışmazlıqlar mövcuddur.
FATF yüksək riskli kimi müəyyən edilmiş bütün ölkələrlə bağlı öz üzvlərinə çağırış edir və bütün yurisdiksiyaları gücləndirilmiş MEV tədbirləri tətbiq etməyə, habelə daha ağır hallarda ölkələrin beynəlxalq maliyyə sistemlərini pulların leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılması risklərindən qorunmaq üçün əks tədbirlər görməyə çağırır.
Onu da bildiririk ki sözügedən qara siyahıda İran İslam Respublikası və Koreya Xalq Respublikalarının da adları yer alır.
Qeyd edək ki, Myanma Birliyi Respublikasının adı Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısında verilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
15 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
20 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























