23 bank mənfəət, 3 bank zərər açıqladı - SİYAHI
2022-ci ilin 9 ayında Azərbaycanda fəaliyyət göstərmiş 26 bankın hamısı yanvar-sentyabr dövrü üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja.az”ın araşdırmasına görə, 2022-ci ilin 9 ayını bankların 23-ü xalis mənfəət ilə, 3-ü xalis zərər ilə başa vurub.
Ən çox xalis mənfəət əldə etmiş banklar Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı (ABB), PAŞA Bank, Bank of Baku, Xalq Bank və Bank Respublikadır.
"Bank BTB" və "Unibank"ın xalis zərərləri baş verə biləcək kredit itkilərinə görə ehtiyat yaratmaları ilə əlaqədardır. Bu bankların əməliyyatları mənfəətdədir. Belə ki, 2022-ci ilin 9 ayında "Bank BTB"nin əməliyyat mənfəəti 159 min manat, "Unibank"ın əməliyyat mənfəəti isə 15 milyon 693 min manat təşkil edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2022-ci il 11 oktyabr tarixli Qərarı ilə Pakistan Milli Bankının “Bakı” filialına verilmiş 2005-ci il 30 iyun tarixli bank lisenziyası ləğv edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 55 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























