Yaponiyada son 3 ildə müflis olan şirkətlərin sayı artıb
Cari maliyyə ilinin aprel-sentyabr dövründə Yaponiyada müflis olan şirkətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb.Kredit araşdırma agentliyi Tokyo Shoko Research (TSR) 6 aylıq müddətdə müflis olan Yaponiya şirkətlərinin sayını və onların səbəblərini araşdırıb.
Marja agentliyin hesabatına istinadən xəbər verir ki, Yaponiyada 2022-ci maliyyə ilin aprel-sentyabr dövründə iflas edən şirkətlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9% artıb.
Ölkə daxilində 3 min 141 şirkətin müflis olduğunu elan edən hesabata görə, son 3 ildə ilk dəfə müflis olan şirkətlərin sayı artıb.
Hesabatda bu artımın hökumət tərəfindən təqdim edilən Covid-19 maliyyə yardımının ödənilməsində yaranan çətinliklər və xammal xərclərinin artması ilə bağlı olduğu vurğulanıb.
6 aylıq dövrdə iflas edən şirkətlərin ümumi borcu isə 1,74 trilyon yen (11,7 milyard dollar) təşkil edib.
Yanacağın yüksək qiymətləri nəticəsində nəqliyyat sektorunda müflisləşmə faktlarının sayı 42 faiz artaraq 162-yə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























