Citi-dən dollar proqnozu
Citigroup-un strateqləri böhran zamanı da dolların "təhlükəsiz sığınacaq" olmağa davam edəcəyini proqnozlaşdırırlar. Onların fikrincə, hətta FED-in faiz artırmasının sürəti aşağı düşsə belə dolların yüksəlişinin qarşısını ala bilməyəcək.Qərargahı Nyu Yorkda yerləşən Amerikanın qlobal investisiya bankı və maliyyə xidmətləri korporasiyası "Citigroup"un məlumatına görə, qlobal iqtisadiyyatda mövcud yavaşlama bitənə və artım yenidən sürətlənməyənə qədər dolların bahalaşması dayanmayacaq.
Marja.az xəbər verir ki, qurumun strateqləri hazırladıqları araşdırmada, iqtisadi yavaşlama və tənəzzül bitənə qədər dolların qlobal rəqib valyutalardan daha yüksək gəlir gətirdiyi üçün "gizlənmək üçün ən təhlükəsiz yer olacağını" qeyd ediblər.
Citi-nin strateqlərinə görə, qlobal iqtisadi tənəzzüldə ən aşağı səviyyənin görünməsi ilə Dolların bahalşaması dayanacaq.
Dolların altı inkişaf etmiş ölkə valyutasına qarşı hərəkətini ölçən Dollar İndeksi bu il təxminən 18 faiz artaraq 1972-ci ilə qədər olan məlumatlarda ən böyük sıçrayışı qeyd edib.
Citi-nin fikrincə, FED-in uçot dərəcəsini artırmasının sürətini azaltması belə dolların bahalşmasının qarşısını ala bilməyəcək.
Strateqlər son 20 ildə dolların ucuzlaşmasında əsas amilin qlobal iqtisadi vəziyyət olduğuna diqqət çəkərək, “Dollar ən yüksək səviyyəsinə FED-in faiz dərəcələrini aşağı salacağı və ABŞ xaricində qlobal iqtisadi azalmanın dayanacağı vaxt çatacaq”, - deyə vurğulayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 27 d. əvvəl
-
-
51 d. əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
55 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
1 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Ən çox oxunanlar
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
























