Bu ölkə pul xərcləməyə yer axtarır
Büdcə profisitinə, profisit əlavə edən ölkə
Skandinaviyanın ən böyük iqtisadiyyatı İsveç, büdcə profisitini səhiyyə, sosial xidmətlər və məşğulluğa xərcləyəcək.
Bir çox ölkə büdcə kəsiri ilə mübarizə apararkən, İsveç, davamlı artan büdcə artığını (profisitini) hara xərcləyəcəyini müzakirə edir.
"Marja" xəbər verir ki, Stokholm hökuməti, çərşənbə günü verdiyi bəyanatda, iqtisadi artım hədəfini həftələr öncə hədəfin üzərinə çıxardığını açıqlayb. Büdcə artığı hədəfi 2017-ci il sonu üçün 0,3%-dən 0,8%-ə yüksəldilib. Bu nisbət 2018-ci il üçün 1 faiz, 2020-ci il üçün isə 2,5%-ə yüksəldilib.
Ölkənin maliyyə naziri Magdalena Andersson, bu pulun gələcəkdə ölkənin rifah səviyyəsi üzərində yarana biləcək təzyiqin idarə edilməsinə sərf olunacağını açıqlayıb. Ölkədə 2025-ci ilə qədər əhaliyə 300 min uşağın əlavə olunması, bir o qədər də təqaüdçünün olacağı gözlənilir.
Andersson, büdcə artığının yeni səhiyyə və xidmət mütəxəssislərinin, müəllim və polisin işlə təmin edilməsinə istifadə edəcəklərini bildirib. İsveçli nazir, rifah sistemi üçün əlavə 30 milyard kron, səhiyyə, məktəb və sosial xidmətlər üçün isə əlavə 5 milyard kron sərf edəcəklərini deyib.
Avropa Birliyinin ən aşağı işsizlik səviyyəsinə malik olmağı hədəfləyən ölkədə işsizlik 7,2 faiz səviyyəsindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)







