“McDonald’s Azərbaycan” dəniz sahilinin təmizlənməsi üzrə ekoloji aksiya keçirib – FOTO
(®) Çimərlik mövsümünün bitməsi münasibətilə “McDonald’s Azərbaycan” şirkətinin əməkdaşları çimərliklərin təmizlənməsi üzrə ekoloji aksiya keçiriblər. Aksiya çərçivəsində sahil, bu ilin çimərlik mövsümündən sonra qalmış zibildən və məişət tullantılarından təmizlənib.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə sentyabrın 23-də keçirilib. Dübəndi qəsəbəsində baş tutmuş aksiyada “McDonald’s Azərbaycan” şirkətinin 40-dan çox əməkdaşı iştirak edib.
Zəruri sanitar ləvazimatlarla təmin edilmiş şirkət əməkdaşları aksiya çərçivəsində sahildən toplanmış tullantıların çeşidlənməsini həyata keçiriblər. Toplanmış zibil daha sonra “Təmiz Şəhər” ASC-in nümayəndələrinə təqdim edilib. Cəmiyyət bərk məişət tullantılarının sonrakı çeşidlənməsini və emalını həyata keçirəcək.
Bu təşəbbüs dünyanın bütün ölkələrini əhatə edən ekoloji problemlə mübarizədə böyük əhəmiyyət kəsb edir. Bu, təkcə plastik tullantıların ciddi təhlükə törətdiyi quşlara və dəniz canlılarına qayğı demək deyil, bu həm də ümumilikdə ətraf mühitin və konkret olaraq çimərliklərin abadlaşdırılmasına yönəlmiş addımdır.
Həqiqət bundadır ki, biz artıq bu gün sabahımızı qururuq. Bu isə o deməkdir ki, təbiətin təmizliyinin qayğısına qalmaqla, son nəticədə, öz qayğımıza qalmış oluruq. Təsadüfi deyil ki, bu cür aksiyalar 1978-ci ildən etibarən bütün dünyada keçirilir. Həmin vaxt BMT tərəfindən sentyabrın sonuncu həftəsinin Beynəlxalq Dəniz Günü olaraq qeyd olunması barədə qərar qəbul edib.
Qeyd edək ki, bu cür aksiyaların keçirilməsi korporativ sosial məsuliyyət məsələsinə xüsusi diqqət ayıran “McDonald’s Azərbaycan” şirkətinin siyasətinin bir parçasıdır. “McDonald’s”ın təmsil olunduğu bütün şəhərlərdə ətraf mühitin qayğısına qalmaq və cəmiyyətin həyatında fəal iştirak etmək şirkətin biznesinin dayanıqlı inkişafının əsasını təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)

