Xalq Bank əməliyyatları yeni terminallarda!
(®) Xalq Bank öz müştəriləri üçün növbəti əlçatan xidmətləri istifadəyə verib.
Belə ki, artıq Bankın bütün müştəriləri geniş şəbəkəyə malik eMANAT ödəniş terminalları və EPUL onlayn ödəniş portalı vasitəsilə günün istənilən vaxtı müxtəlif növ mədaxil əməliyyatlarını rahatlıqla icra edə biləcəklər.
eMANAT terminalları ilə kart balansının artırılması, cari hesaba mədaxil və kredit ödənişi əməliyyatlarını fiziki şəxslər xidmət haqqı olmadan icra edə bilərlər.
Fərdi sahibkarlar üçün həmin terminal şəbəkəsində cari və kart hesabına mədaxil, hüquqi şəxslər üçün isə cari hesaba mədaxil əməliyyatları təqdim edilir.
EPUL onlayn ödəniş portalı vasitəsilə fiziki şəxslər kredit ödənişi və kart balansının artırılması, fərdi sahibkarlar isə yalnız kart hesabına mədaxil əməliyyatlarını aparmaq imkanını əldə edirlər.
Məlumat üçün bildirmək istərdik ki, Bank daha əvvəl öz müştərilərinə MilliÖn və KorpON ödəniş terminallarında xidmətləri aktiv etmişdi. Beləliklə, artıq Xalq Bank müştəriləri müxtəlif növ mədaxil əməliyyatlarını və ödənişlərini banka gəlmədən daha çox terminal şəbəkəsi vasitəsilə rahatlıqla icra edə biləcəklər.
Xalq Bankın yeni kart məhsulları - XalqKart PETROL və XalqKart CASHBACK (məhsullara link) kartlarının balansının artırılmasını da bu terminal şəbəkələrində həyata keçirmək mümkündür.
Bank məhsulları, eləcə də yenikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 30 d. əvvəl
-
38 d. əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib












.jpg)





