Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Qarabağ Futbol Klubu" MMC-nin təsisçisi dəyişib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qarabağ Futbol Klubu" MMC-nin təsisçisi dəyişib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“13” oktyabr 2022-ci il tarixdə saat 15:00-da, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 94 ünvanında (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 134.) “Qarabağ Futbol Klubu” MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Marja xəbər verir ki, iştirakçıların növbədənkənar ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə olunacaqdır: 

1. “Qarabağ Futbol Klubu” MMC-də təsisçi dəyişikliyi ilə bağlı cəmiyyətin nizamnaməsinə müvafiq dəyişikliklərin edilməsi. 

2. “Qarabağ Futbol Klubu” MMC-nin nizamnaməsinin altıncı redaksiyada təsdiq edilməsi. 

3. “Qarabağ Futbol Klubu” MMC-nin dövlət qeydiyyatı məlumatlarındakı dəyişikliklərin qeydə alınması üçün qeydiyyat orqanına müraciətlə bağlı məsələlər. 

Qeyd edək ki, İyunun 29-da “Qarabağ Futbol Klubu” MMC-nin təsisçilərindən Sənan Nadirov payını satışa çıxarmışdı. Sənan Nadirov cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğludur. Adil Nadirovun vəfatından sonra ona məxsus olan “Qarabağ Futbol Klubu” MMC-dəki 4851,88 manatlıq təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib. Qeyd olunan paylar açıq satışa çıxarılmaqla, 300 min manat qiymətinə təklif olunurdu.

"Qarabağ Futbol Klubu" MMC-nin təsisçisi Sənan Nadirov ona aid payların satışa çıxarılması səbəbini özünün ağır maddi vəziyyəti ilə əlaqələndirmişdi. 

Satışa çıxarılan paylar ilə bağlı ilk öncə Qarabağ Futbol Klubunun digər təsisçilərinə təklif göndərilsə də, həmin iştirakçı payları almaqdan imtina etmişdir.

Qarabağ Futbol Klubu
23.09.2022 12:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ