50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq
Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizə gücləndirilir.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, qaçaqmalçılıq maddəsində nəzərdə tutulmuş cinayət əməlləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə 50 min manatdan yuxarı məbləğdə pul vəsaitinin köçürülməsini təşkil etmiş fiziki şəxs cinayət məsuliyyətinə cəlb ediləcək.
Qeyd edilən əməllərin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə və ya külli miqdarda, xüsusi külli miqdarda törədilməsi bu cinayətin ağırlaşdırıcı tərkib hissəsi kimi nəzərdə tutulub.
Layihədə Cinayət Məcəlləsinin 190-cı maddəsinin qeyd hissəsinə müvafiq dəyişikliklər etməklə bu əməllərin törədilməsini xeyli, külli və xüsusilə külli miqdarının məbləği müəyyən edilir. Eyni zamanda, Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən 206-1 maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə hüquqi şəxslər barəsində cinayət–hüquqi tədbirlərin tətbiq edilməsi təklif edilir.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 50 min manatadək məbləğdə Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz köçürülməsini təşkil etmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























