"ƏDV limitinin ilkin olaraq azı 300 min manata qaldırılmasını təklif edirəm"
Əlavə dəyər vergisinin (ƏDV) ödənilməməsi üçün nəzərdə tutulmuş 200 min manatlıq limit 300 min manata qaldırıla bilər.
Bunu "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.
"Son 7 ildə baş verən bir sıra proseslər biznes subyektlərinin mənfəətinin azalmasına, vergidənyayınma meyllərinin artımına gətirib çıxarıb. Qeyd olunanları rəhbər tutaraq, ƏDV limitinin ilkin olaraq azı 300 min manata qaldırılmasını təklif edirəm. ƏDV-dən yenidən mənfəət ödəyicisinə qayıtmaq həddi 100 min manatdan 200 min manata, müddəti isə 1 ildən 6 aya endirilməlidir. Bu qərar Prezident İlham Əliyevin həyata keçirdiyi kompleks və institusional islahatlar kursuna müvafiq olmaqla yanaşı, kiçik və orta biznes subyektlərinin qarşısında geniş imkanlar açacaq",- Vüqar Oruc deyib.
Azərbaycanda sonuncu dəfə ƏDV limiti 7 il bundan əvvəl yenilənib. Halbuki, bu müddət ərzində əmtəə və xidmət qiymətlərində dəfələrlə artım olub. 2015-ci ildə ƏDV üçün tətbiq olunan limit 160 min manatdan 200 min manata yüksəldilib və ondan sonra bu rəqəm olduğu kimi saxlanılıb, odur ki, bununla bağlı qərara yenidən baxılması məqsədəuyğundur.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























