Yaponiyanın dollarla ifadə olunan ÜDM-i son 30 ildə ilk dəfə 4 trilyon dollardan aşağı düşə bilər
Yaponiyanın dollarla hesablanan ümumi daxili məhsulu (ÜDM) yenin kəskin zəifləməsi səbəbindən son 30 ilin ən aşağı səviyyəsinə - 1992-ci ildən bəri ilk dəfə olaraq 4 trilyon dollardan aşağı düşə bilər.
Marja xəbər verir ki, bu cür hesablamaları bazar ertəsi Nikkei qəzeti dərc edib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) proqnozuna əsasən, Yaponiyanın bu il nominal ÜDM-i 553 trilyon yenə çatacaq. Bir dollar üçün 140 yen məzənnəsilə hesablama aparıldıqda bu, təxminən 3,95 trilyon dollar təşkil edəcək.
İnflyasiya ilə mübarizə aparmaq üçün Qərb ölkələrinin mərkəzi bankları kəskin faiz artırırlar. Yaponiya Mərkəzi Bankı isə bazarı stimullaşdırmaq üçün faizini mənfi səviyyədə saxlayır. Qərb və Yaponiya arasındakı uçurum səbəbindən milli valyuta son aylarda kəskin şəkildə zəifləyib. Bazar ertəsi səhər məzənnə bir dollar üçün 143,12-143,15 yen səviyyələrində olub. Keçən həftə məzənnə bir dollar üçün 145 yeniədək yüksəlmişdi. Bəzi ekspertlərin fikrincə, bir dollar 150 yenə kimi bahalaşa bilər.
Yaponiyanın dollarla ifadə olunan ÜDM-inin bu il Almaniyanın ÜDM-i ilə təxminən bərabər olacağı gözlənilir. 2012-ci ildə Yaponiyanın dollarla ifadə olunan ÜDM-i təqribən 6 trilyon dollar təşkil edirdi (Almaniyanın ÜDM-indən 80% çox).
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 25 d. əvvəl
- 32 d. əvvəl
- 43 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu



























