Süveyş kanalından keçid rüsumları artırıldı
Misir hakimiyyəti 2023-cü ildən bütün növ gəmilərin Süveyş kanalından keçməsi üçün rüsumların 15% artacağını açıqlayıb.
Marja.az xəbər verir ki, Süveyş kanalının administrasiyası gəmilərin bu su yolundan keçməsinə görə alınan rüsumları artırmaqla mənfəətinin ildə 700 milyon dollar artacağını gözləyir.
“Tranzit ödənişlərinin artırılmasından sonra kanalın gəlirlərinin ildə təxminən 700 milyon dollar artacağını gözləyirik",- Süveyş Kanalı İdarəsinin rəhbəri Usamə Rabi CNBC Arabia telekanalına bildirib.
Usamə Rabi verdiyi açıqlamada, bazarda baş verən dəyişikliklər nəticəsində kanaldan tranzit ödənişlərinin yenidən nəzərdən keçirildiyini bildirib. Rabi, qiymət artımına qlobal tədarük zəncirindəki böhranın, daşınma üsullarında qiymət artımlarının və yüksək enerji qiymətləri kimi amillərin səbəb olduğunu bildirib.
Dünya dəniz ticarətinin 10 faizini təmin edən Süveyş kanalı Misirin əsas gəlir mənbələrindən biridir.
Süveyş Kanalı İdarəsi, iyun ayında sona çatan son maliyyə ilində gəlirinin əvvəlki illə müqayisədə 20,7% artaraq 7 milyard dollara çatdığını açıqlayıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 27 d. əvvəl
- 34 d. əvvəl
- 45 d. əvvəl
-
52 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
























