İtaliya 2 bankı belə xilas edəcək
İki İtalyan bankı üçün xilasetmə planı işə düşür
İtaliya hökuməti ölkədə iflasın astanasında olan iki bankın xilas edilməsi üçün ilk mərhələdə 5 milyard 200 milyon avro likvidlik dəstəyi təmin olunmasına qərar verildiyini açıqlayıb.
"Marja"nın məlumatına görə, İtaliya hökumətindən bildiriblər ki ölkənin aparıcı banklarından "Banca Popolare di Vicenza"nın və "Veneto Banca"nın xilas edilməsi üçün ilk mərhələdə 5 milyard 200 milyon avroluq likvidlik təmin edilməsinə qərar verildiyi qeyd olunub.
Açıqlmada sözügedən bankların problemli kreditlərinin ödənilməsi üçün ilk fazada 5 milyard 200 milyon avro ödənəcəyi, bankların riskli kreditlərinə görə yarana biləcək mümkün itkilər üçün isə 12 milyard avro qarşılığında dövlət zəmanəti təmin olunacağı qeyd edilib.
Bu şəkildə uzun perspektivdə ümumi xilasetmə paketinin həcminin 17 milyard 200 milyon avroya çıxması gözlənilir.
Avropa Birliyi Komissiyasının da təsdiq etdiyi xilasetmə planı çərçivəsində İtaliyanın bazar dəyəri ən yüksək bankı olan "Intesa Sanpaolo", batmaqda olan bu iki bankın mənfəət gətirən aktivlərini (yaxşı aktivlərini) satın almağı planlaşdırır. "Veneto Banca" və "Banca Popolare di Vicenza"nın aktivləri "pis" və "yaxşı" aktivlərə ayrılacaq.
İtaliyanın Baş naziri Paolo Gentiloni xilasetmə planının əmanət sahiblərinin və bank sisteminin sabitliyinin qorunması üçün lazımlı olduğunu bildirib.
İtaliyanın İqtisadiyyat naziri Pier Karlo Padoan isə məsələyə dair keçirdiyi mətbuat konfransında "Bizi tənqid edənlərin daha yaxşı alternativin nə olduğunu söyləməsi lazımdır. Mən görmürəm"şəklində danışıb.
İtaliyanın bank sistemi hələ də Avropa Birliyinin çətinlikləri arasında yer alır. İtaliya banklarının təxminən 350 milyard avroluq geri ödənməyən kreditləri olduğu güman edilir. Bu miqdar, Avro bölgəsindəki bənzər kreditlərin üçdə birini təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)






