Avro son 20 ilin ən aşağı səviyyəsinə düşdü
Enerji böhranı avroya təzyiqini artırmağa davam edir. Yeni həftənin ilk əməliyyatlarında avro dollar qarşısında ilk dəfə 0,99-dan aşağı düşüb. Avro son 20 ilin ən aşağı səviyyəsinə düşüb.Avropadakı enerji böhranı qitənin ümumi valyutasını son 20 ilin ən aşağı səviyyəsinə endirib.
Marja xəbər verir ki, Avro/Dollar məzənnəsi 0,99 səviyyəsindən də aşağı düşərək (1 avro 0,9878 dollar səviyyəsini test edib) 2002-ci ildən bəri ən aşağı səviyyəsini görüb.
Avronun ucuzlaşmasına son vaxtlar daha da kəskinləşən enerji böhranı səbəb olmaqdadır.
Rusiya şirkəti “Qazprom” “Şimal axını” boru kəməri ilə təbii qaz nəqlini qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb.
“Qazprom”un yaydığı açıqlamada “Şimal axını”nın turbinində nasazlıqların aşkarlandığı bildirilib. Kəmər ilə təbii qazın nəqlinin nasazlıqlar aradan qaldırılmadan həyata keçirilməyəcəyi qeyd edilən açıqlamada, bu səbəbdən “Şimal axını” ilə təbii qazın nəqlinin qeyri-müəyyən müddətə dayandırılmasına qərar verildiyi qeyd edilib.
Digər səbəb, G-7 ölkələrinin Rusiya nefti üçün tavan qiymət (maksimum qiymət) müəyyən etmək üçün razılaşmalarıdır.
G-7 ölkələrinin maliyyə nazirləri birgə bəyanatda, Rusiyadan idxal ediləcək xam neft və neft məhsulları üçün tavan qiymət tətbiqi ilə bağlı razılığa gəldiklərini təsdiqləyiblər.
Qərb ölkələrinin liderləri iyun ayında Moskvanı müharibədə istifadə edə biləcəyi gəliri məhdudlaşdırmaq məqsədilə Rusiya xam neftinin qiymətinə tavan tətbiq etmək barədə razılığa gəliblər.
Həmçinin oxu
Avro/dollar üzrə son proqnozlarMüştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 38 d. əvvəl
-
43 d. əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti















.jpg)







