Bu kredit təşkilatının xalis mənfəəti kəskin artıb
"İnternational" QSC-nin yarımillik xalis mənfəəti 1 milyon manata yaxın olub.Bank Olmayan Kredit Təşkilatı (BOKT) "İnternational" QSC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 947 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az xəbər verir ki, 2022-ci ilin birinci yarısında BOKT "İnternational"ın faiz gəlirləri (verilmiş kreditlər üzrə faiz gəlirləri) 4 milyon 445 min manat, qeyri-faiz gəlirləri 1 milyon 90 min manat təşkil edib.
Xatırladaq ki, 2021-ci ildə BOKT "İnternational" QSC-nin faiz gəlirləri 8 milyon 165 min manat, haqq və komissiya gəlirləri 198 min manat, xalis mənfəəti 410,5 min manat təşkil etmişdi. Kredit təşkilatı 2020-ci ili 202 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, BOKT "İnternational"ın 2022-ci ildəki yarımillik xalis mənfəəti 2021-ci ilin xalis mənfəət göstəricisindən 2,3 dəfə, 2020-ci ilin göstəricisindən isə 4,7 dəfə çoxdur.
KREDİT PORTFELİ 20 MİLYON MANATI KEÇİB
30 İyun 2022-ci il tarixində BOKT "İnternational" QSC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 20 milyon 777 min manat təşkil edib. Təşkilatın kredit portfeli 2020-ci ilin sonunda 12 milyon 403 min manata, 2021-ci ilin sonunda isə 17 milyon 752 min manata çatmışdı.
BOKT "İnternational" QSC-nin nizamnamə kapitalının 100%-i (hər birinin nominal dəyəri 1000 manat olan 5000 ədəd səhm) Həsənov Rifat Vaqif oğluna məxsusdur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 32 d. əvvəl
-
- 46 d. əvvəl
- 49 d. əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti























