AZAL Bakı-Təl-Əviv reysində daha komfortlu təyyarələrdən istifadə edəcək
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İsrailin paytaxtı Təl-Əvivə həyata keçirdiyi reyslərdə daha komfortlu təyyarələrdən istifadə etmək qərarına gəlib.
İsrail mətbuatı xəbər verir ki, sentyabrın ilk günlərindən Bakı-Tel-Əviv-Bakı istiqamətində həyata keçirilən aviareyslərdə “Airbus A319” təyyarələrinin əvəzinə “Boing 787 Dreamliner” təyyarələrindən istifadə olunacaq.
Hələ ki, planda 1, 8, 11 və 21 sentyabrda reallaşdırılacaq uçuşlar üçün təyyarələrin dəyişdirilməsidir. Aviaşirkət Bakı-Tel-Əviv-Bakı reyslərini mümkün qədər rahat etmək üçün bortların dəyişdirilməsini davam etdirməyi planlaşdırır.
Bu arada isə İsrailin turizm naziri Konstantin Razvozov yerli “El-Al” aviaşirkətinə Təl-Əvivdən Bakıya əlavə reyslərin açılması imkanlarına baxmasını təklif edib. Onun sözlərinə görə, İsraillə Azərbaycan arasında sıx tarixi və mədəni əlaqələr var: "İsraildən olan turistlər hər zaman qonaqpərvər Azərbaycana səfər etməklə bağlı arzularını, istəklərini ifadə edirlər. Ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına töhfə vermək üçün əlimdən gələni edirəm, xüsusən də hava nəqliyyatının genişləndirilməsi istiqamətində fəal işləyirəm”.
Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə deyib ki, Azərbaycanla İsrail arasında turizm sahəsində güclü əlaqələr var: “2021-ci ildən Tel-Əvivdə turizm ofisimiz fəaliyyət göstərir ki, bu da israilliləri dost Azərbaycanda rahat, maraqlı, təhlükəsiz istirahət haqqında daha geniş, ətraflı məlumatlandırmaq məqsədi daşıyır. Koronavirus (COVID-19) pandemiyasından sonra biz hər iki istiqamətdə turistlərin sayında artım müşahidə edirik və hava nəqliyyatının aktivləşməsi bu prosesə əlavə təkan verəcək. Yeni uğurlar əldə etmək üçün səylərimizi davam etdirəcəyik”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Report”
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
59 san. əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
- 18 d. əvvəl
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
8 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
9 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
9 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
9 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
Ən çox oxunanlar
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq






















