Çin iqtisadiyyatına dair bədbinlik artır
İqtisadçıların 2022-ci il üçün Çin iqtisadiyyatı ilə bağlı proqnozları Covid-19-a yoluxanların davam etməsi və daşınmaz əmlak sektorundakı qarışıqlıq səbəbindən pisləşir.
Marja xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan iqtisadçılar, bu il üçün iqtisadi artım proqnozunu 3,9%-dən 3,5%-ə dəyişiblər.
Gələn ilin 3 rübü üçün proqnozlar azalsa da, 2023-cü il üçün proqnoz dəyişməyərək 5,2 faiz səviyyəsində qalıb.
İqtisadi artım ilə bağlı proqnozun azalması göstərir ki, Pekinin iqtisadi artımı dəstəkləmək üçün 1 trilyon yuanlıq təşviq paketi və Çin Mərkəzi Bankının faiz endirimləri iqtisadçılar üçün inandırıcı deyil.
İqtisadçılar daşınmaz əmlak sektorundakı qarışıqlıq və karantinlər ilə əlaqədar olaraq iqtisadi artım üçün aşağı istiqamətli risklərin olduğunu qeyd edirlər.
Şanxay kimi böyük şəhərlərdə tətbiq olunan karantin rejimi bu il iş dünyasına və istehlakçılara təzyiqi artırıb. İqtisadiyyatın üzləşdiyi problemlərdən - bəzi ev alıcılarının təhvil verilməyən layihələr üzrə ödəniş etməyi rədd etmələri, havaların temperaturunun artması ilə əlaqədar olaraq bir sıra zavod və fabriklərin istehsalı müvəqqəti dayandırmaları qeyd oluna bilər.
Çin hökumətinin bu il üçün iqtisadi artım hədəfi 5,5 faizdir. Lakin ilk dəfə olaraq bu rəqəmin bu hədəfdən xeyli aşağı qalacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
9 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)











.jpg)




