"Azəravtoyol" xüsusi təyinatlı yol texnikaları üçün avadanlıq istehsalına başlayıb
“Azəravtoyol” ASC ilk dəfə olaraq, xüsusi təyinatlı yol texnikaları üçün avadanlıqların istehsalına dair təcrübə - sınaq layihəsinin icrasına başlayıb.
Bu barədə ASC-dən məlumat verilib.
Mütəxəssislər tərəfindən aparılmış araşdırma nəticəsində yol texnikaları, maşın-mexanizmər üçün əvvəllər böyük məbləğ hesabına xaricdən alınan xüsusi təyinatlı avadanlıqlar və onların bir çox hissələri ölkəmizdə istehsal etmək, həmçinin kooperasiya yolu ilə müxtəlif xarici istehsalçılardan idxal edib yığım şəklində ərsəyə gətirilməsinin mümkünlüyü dəqiqləşdirilib.
Araşdırmaların nəticəsinə uyğun olaraq, aşağıda qeyd olunan xüsusi təyinatlı avadanlıqların həm yerli istehsalı, həm də kooperasiya yolu ilə (yəni mühərrik, hidravlik nasos, elektron ləvazimatlar, bir sıra həssas hissələrin tanınmış xarici istehsalçılardan idxal edilərək yığımda istifadə edilməsi) istehsalını həyata keçirmək mümkündür:
-Yol-təmir avadanlıqları ilə təchiz edilmiş xüsusi təyinatlı avtomobil;
-Bitum daşıyan və səpən avtomobillər (emulqatorlar);
-Su daşıyan avtomobillər;
-Yolların təmizlənməsi və yol ayrıclarında quraşdırılmış əyri xətli tirlərin yuyulması üçün nəzərdə tutulmuş avtomobillər;
-Xüsusi sovurucu və yol süpürənlə təchiz edilmiş avtomobillər;
-Paylayıcı və sayğacla təchiz edilmiş yanacaq daşıyan avtomobillər;
-Qış aylarında istifadə edilən duz-qum səpən aqreqatlar.
Təcrübə-sınaq layihəsi çərçivəsində “Azəravtoyol” ASC yuxarıda sadalanan avadanlıqların bir çoxunun istehsalına artıq nail olub. Bu avadanlıqların bəziləri, yəni 9 ədəd su maşını və 1 ədəd yanacaq daşıyan maşın cəmiyyətin Nəqliyat idarəsinin ixtiyarına verilib və artıq müvəffəqiyyətlə də istismar edilir.
Bundan başqa, daxili potensial hesabına reallaşdırılaraq həyata keçirilən təcrübə-sınaq layihəsi çərçivəsində hazırda bir-neçə maşın - mexanizmlərdə (bitum maşını, duz-qum səpən aqreqatlar, yol təmiri maşını və s.) son tamamlama, dəqiqləşdimə işləri görülür. İstehsalı mümkün olan digər avadanlıqlar isə layihələndirilmə mərhələsindədir.
Yol təmiri və tikintisində lazım olan avadanlıqların ölkəmizdə istehsal olunması üçün hazırlanan təcrübə - sınaq layihəsinin məqsədi xarici komponentlərə olan asılılığı azaltmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)





