Türkiyədə azərbaycanılılara mənzil satışı azaldı
2022-ci ilin yanvar-iyul aylarında (7 ayda) azərbaycanlılar Türkiyədə 767 mənzil (ev) alıblar.
Marja.az Türkiyə Statistika Xidmətinə istinadən xəbər verir ki, azərbaycanlılar yanvarda 89, fevralda 93, martda 115, apreldə 156, mayda 118, iyunda 131 mənzil, iyulda isə 65 alıblar. Beləliklə, iyun ayı ilə müqayisədə iyulda azərbaycanlıların aldığı mənzillərin sayı 2 dəfədən çox azalıb.
Xatırladaq ki, azərbaycanlılar 2021-ci ilin yanvar-iyul aylarında Türkiyədə 720, o cümlədən yanvarında 68, fevralında 77, martında 106, aprelində 131, mayında 47, iyununda 164 mənzil, iyulunda 127 mənzil almışdılar.
Azərbaycanlılar Türkiyədə 2020-ci ildə 1279 mənzilə, 2021-ci ildə isə 1517 mənzilə mənzilə sahib olublar.
Mayda azərbaycanlılar Türkiyədə ev alan xaricilər arasında 13-cü yeri tutublar.
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, Türkiyədə ev satışları iyul ayında ötən ilin eyni ayı ilə müqayisədə 12,9% azalaraq 93 min 902 olub. Bu, 2021-ci ilin avqustundan bəri ilk illik azalmadır.
Xaricilərə mənzil satışı iyul ayında ötən ilin eyni ayı ilə müqayisədə 12,4% azalaraq 3 min 939 olub. Xaricilərə ev satışında ilk yeri 1421 ev satışı ilə Antalya tutub. Antalyanın ardınca 1154 ev satışı ilə İstanbul və 289 ev satışı ilə Mersin gəlir.
İyulda Rusiya Federasiyası vətəndaşları Türkiyədən 1288 ev alıblar.
Qeyd edək ki, son aylar Türkiyədə evlər kəskin bahalaşıb.
Həmçinin oxu
Türkiyədə ev qiymətlərində yeni rekordMüştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 4 d. əvvəl
-
- 18 d. əvvəl
- 21 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti






















