Azərbaycanda banklara verilən yenidənmaliyyələşdirmə kreditlərinin şərtləri dəyişib
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları” dəyişib.
Dəyişiklikləri qurumun sədri Taleh Kazımov təsdiqləyib.
Dəyişikliklərə əsasən, yenidənmaliyyələşdirmə kreditləri hərrac vasitəsilə və yaxud hərracdan kənar verilə bilər.
Belə ki, 180 gündən çox olmayan müddətə verilən yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə birbaşa və yaxud dolayı hərraclar vasitəsilə ilə veriləcək. Kreditlər üzrə təminat hərracın keçirildiyi gündən 3 iş günü (əvvəl 5 gün nəzərdə tutulurdu) ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunacaq.
Bundan başqa, AMB təminat əsasında 360 gündən çox olmayan müddətə hərracdan kənar yenidənmaliyyələşdirmə kreditləri verəcək. Bu kreditlərin verilməsinin digər şərtləri İdarə Heyətinin qərarı ilə müəyyən olunur.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 d. əvvəl
- 46 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib



















