Unibank səhmlərinin Bakı Fond Birjasında yerləşdiriləcəyi tarix açıqlanıb
Unibank səhmlərinə abunə yazılışı prosesi emissiya prospektinin tələblərinə uyğun başa çatdığı üçün səhmlərin Bakı Fond Birjasında yerləşdirilmə tarixi elan edilib.
Bu barədə Bankın açıqlamasında deyilir ki, “Unibank Kommersiya Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli qərarına əsasən, hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlər Azərbaycan Respublikası Mərkəzi Bankının 20 iyul 2022-ci il tarixli məktubu ilə dövlət qeydiyyatına alınıb.
21 iyulda səhmlərə abunə yazılışı başlayıb və Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 11 milyon 900 min manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
21 iyul 2022-ci il tarixdən başlanılmış abunə yazılışı üzrə səhmlərin ümumi dəyərini təşkil edən 11 900 000,00 manat məbləğ 1 avqust 2022-ci il tarixdə tamamlanıb. Bu səbəbdən, səhmlərə abunə yazılışının emissiya prospektinin tələblərinə uyğun olaraq 1 avqust 2022-ci il tarixdən etibarən başa çatdığı elan edilir.
Səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə 4 avqust 2022-ci il tarixində başlanılacaq. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Qeyd edək ki, səhmlərin yerləşdirilməsi başa çatdıqdan sonra "Unibank"ın nizamnamə kapitalı 130 milyon 686 min manatdan 142 milyon 586 min manata yüksələcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















