Rusiya bankının Azərbaycandakı törəməsinin xarici valyutalardan gəliri kəskin artıb
Rusiya VTB Bankının törəməsi "VTB Bank (Azərbaycan)"ın gəlirlərində və xalis mənfəətində sıçrayış baş verib.
Marja xəbər verir ki, "VTB Bank (Azərbaycan)" ASC-nin faiz gəlirləri 2021-ci ilin ilk 6 ayında 7 milyon 622 min manat ikən, 2022-ci ilin eyni dövründə 12 milyon 461 min manata yüksəlib (4 milyon 839 min manat və ya 63,5% artıb). O cümlədən, Bankın müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 1,8 dəfə artaraq 10 milyon 452 min manat təşkil edib.
Bankın qeyri-faiz gəlirləri isə 3 milyon 357 min manatdan 8 milyon 28 min manata yüksəlib (4 milyon 671 min manat və ya 2,4 dəfə artıb). O cümlədən, 2022-ci ilin ilk 6 ayında "VTB Bank (Azərbaycan)"ın xarici valyutalardan gəliri (məzənnə dəyişməsi daxil olmaqla) 4 dəfə artaraq 5 milyon 61 min manat təşkil edib. Bank 2021-ci ilin ilk 6 ayında xarici valyutalardan 1 milyon 263 min manat gəlir əldə etmişdi.
"Bank VTB (Azərbaycan)" ASC 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 6 milyon 208 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 986 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-cii ilin 1-ci yarısında "Bank VTB (Azərbaycan)" ASC-nin xalis mənfəəti 6,3 dəfə artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Rəsmi məzənnələr açıqlandı
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Ən çox oxunanlar
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat

















