Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid mərkəz yaradılıb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclasında Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid Qərargahın yaradılması haqqında qərar qəbul olunub.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, qərargahın əsas məqsədi - sərhəd-keçid məntəqələrində aparılan prosedurların asanlaşdırılması və elektronlaşdırılması, aparılan tranzit əməliyyatlarının sinxronizələşmiş planlaşdırılması və vahid dispetçer tərəfindən idarə edilməsi proseslərinin təkmilləşdirilməsidir. Ölkə maraqlarından çıxış edən Qərargah əməliyyatların monitorinqini aparacaq və mütəmadi olaraq Koordinasiya şurasının katibliyinə hesabatlar təqdim edəcək.
Tranzit zamanı yükdaşıyıcıların problemlərinin operativ həlli üçün Qərargahda “Çağrı Mərkəzi” yaradılacaq.
Eyni zamanda, Bakı Beynəlxalq Dəniz Terminalı Limanı ərazisində aparılan əməliyyatlar üzrə “Tranzit yüklərin daşınması zamanı əməliyyatların idarə edilməsi üzrə Prosedur Qaydalar”ı imzalanıb. Sənəd yüklərin emalı, əməliyyatların ardıcıllığı və müddətlərin sənədləşdirilməsi proseslərini tənzimləyir. Qərara alındı ki, digər sərhəd-keçid məntəqələrində də analoji sənəd qəbul olunsun.
Bildirilib ki, yerli və xarici ekspertlərin araşdırmaları nəticəsində “Tranzit Yol Xəritəsi” tərtib edilib. Bu xəritə Azərbaycanın tranzit potensialını tam açmaq üçün qısa, orta və uzunmüddətli məqsədləri müəyyən edir.
Qeyd edilib ki, Şərq-Qərb və Şimal-Qərb istiqamətləri üzrə tranzit yükdaşımaları (boru istisna olmaqla) 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2022-ci ilin eyni aylarında müvafiq olaraq 325 min ton (15% artım) və 873 min ton (205% artım) artaraq 2.5 milyon ton və 1.3 milyon ton olub.
2022-ci ilin yanvar-iyun ayları ərzində BTC neft kəməri boyunca 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə Türkmənistan mənşəli neftin nəqli 746 min ton (155%) artaraq 1.2 milyon ton təşkil edib.
Yalama - Böyük Kəsik istiqamətində neft məhsulları (xüsusilə Qazaxıstan mənşəli neft məhsulları) dəmir yolu vasitəsilə eyni dövr ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 772 min ton (707% artım) artaraq 0.9 milyon ton olub.
İclasda Azərbaycan üzərindən keçən yüklərin axıcılığını təmin etmək üçün dəmir yolu üzrə dinamik tarif siyasəti barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və yüksək keyfiyyətlə daşınmasını təmin etmək məqsədilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq



























