İlk 6 ayda 13 səhmdar cəmiyyətinin səhm paketi özəlləşdirilib
Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 38,1 milyon manat vəsait daxil olubİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2022-ci ilin yanvar-iyun ayları ərzində də dövlət əmlakının özəlləşdirilməsi və icarəsi sahəsində işlərini davam etdirib.
Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, cari ilin ilk 6 ayı ərzində 38 hərrac keçirilib. Hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 319 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin ilk 6 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 222 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 61 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-iyun ayları ərzində hərrac vasitəsilə 16 faydalı qazıntı yatağı istismara verilib.
2022-ci ilin I yarımilliyində investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 7,5 milyon manata yaxın vəsait qoyuluşu həyata keçirilib və 1 müəssisənin (“Sumqayıt Tikinti Xidmət” ASC) dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi reallaşıb.
Bu ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 25,8 milyon manatdan çox təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti cari ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Belə ki, cari ilin ilk 6 ayı ərzində ümumilikdə 2 112 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 465-i qeyri-yaşayış sahələri üzrə, 1 647-si isə torpaq sahələrinə dair olub. 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 dəfə çoxdur.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin ilk 6 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 12,3 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, bu ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 38,1 milyon manat vəsait büdcəyə daxil olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
16 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 19 saat əvvəl
-
19 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















