Azərbaycanda orta maaş açıqlandı

2022-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 faiz artaraq 825,3 manat olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
2022-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 min nəfər və ya 1,7 faiz artaraq 1 milyon 706,0 min nəfər olmuş, onlardan 903,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 802,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 19,5 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,5 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 13,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Müştərilərin xəbərləri

Türkiyənin məşhur Mobiliz GPS sistemlərinin Azərbaycanda tək rəsmi distributeri AXİOM şirkəti rebrendinq etdi
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
-
2 saat əvvəl
Əliyev Ərdoğan ilə danışdı, ölkəmizə rəsmi səfərə dəvət etdi
-
4 saat əvvəl
Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub
-
-
6 saat əvvəl
"Üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki,..."
-
6 saat əvvəl
Laçın şəhərinin Baş planı İsveçrə şirkətinin iştirakı ilə hazırlanıb - TƏQDİM OLUNDU
-
7 saat əvvəl
Əliyev Laçına qayıdan əhali ilə görüşüb, evlərin açarlarını təqdim edib - ÇIXIŞ
-
9 saat əvvəl
"Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında olmalıdır"
-
9 saat əvvəl
Əliyev bir müddət əvvəl yolu azaraq Ermənistan ərazisinə keçən hərbçilərimizdən danışdı
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyi açıqlandı
-
10 saat əvvəl
"Sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi Qarabağdakı ermənilər üçün bir dərs olmalıdır"
- 10 saat əvvəl

Rəcəb Tayyib Ərdoğan Türkiyənin 13-cü Prezidentidir - RƏSMİ

Əliyev Ərdoğan ilə danışdı, ölkəmizə rəsmi səfərə dəvət etdi

Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub

Əliyev bir müddət əvvəl yolu azaraq Ermənistan ərazisinə keçən hərbçilərimizdən danışdı

Sabaha gözlənilən hava proqnozu açıqlandı
Ən çox oxunanlar

"Sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi Qarabağdakı ermənilər üçün bir dərs olmalıdır"

Türkiyə vətəndaşları Ərdoğan və Kılıçdaroğlu arasında seçim edir
