“İnvestor” stimullaşdırıcı lotereyasının ikinci tirajı keçiriləcəkdir
13 iyul 2022-ci il tarixində “Azərbaycan Fond Bazarı İştirakçıları Assosiyası” İctimai Birliyinin təşkilatçılığı ilə, “Bakı Fond Birjası” QSC-nin və birjanın üzvü olan investisiya şirkətlərinin iştirakı ilə “İnvestor” stimullaşdırıcı lotereyasının ikinci tirajı keçiriləcəkdir.
Bakı Fond Birjasının yaydığı məlumatda bildirilir ki, ikinci tirajda 10 may 2022-ci il tarixindən etibarən Bakı Fond Birjasının üzvü olan, İnvestisiya Şirkətləri vasitəsilə korporativ istiqraz alan investorlar “İnvestor” stimullaşdırıcı lotereyasında iştirak hüququ qazanır və 1000 (bir min) manat qazanmaq şansı əldə edir.
Lotereyada iştirak etmək istəyən şəxslər investisiya şirkətinə müraciətini tamamlayıb və minimal nominal dəyəri 1000 manat/ABŞ dolları/Avro valyutalarında istiqraz alışını sifariş verən və Bakı Fond Birjası QSC-nin təşkil etdiyi korporativ qiymətli kağızlar bazarında premium və standart seqmentində əqdi keçən 18 yaşı tamam olmuş fiziki şəxs “1 əqd-1 lotereya bileti” prinsipi ilə lotereya biletini əldə edir və lotereyada iştirak etmək hüququnu qazanır.
Nəzərinizə çatdıraq ki, “İnvestor” stimullaşdırıcı lotereyası 9 mart 2022-ci il və 15 noyabr 2022-ci il tarix aralıqlarında 4 tirajda keçiriləcəkdir. İlk tiraj 10.05.2022-ci ildə keçirilmişdir. İkinci tirajın isə qeyd olunduğu kimi 13.07.2022-ci il tarixində keçirilməsi planlaşdırırlır
Hər tirajda 3 qalib müəyyən ediləcək və hər qalib 1000 AZN məbləğində mükafata sahib olacaq.
Tədbirin başlama vaxtı: saat 14:30, 13.07.2022-ci il
Tədbirin baş tutacağı məkan: Bakı Fond Birjası
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
19 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 19 saat əvvəl
-
19 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























